26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
- Bu gün, 08:57
- Maraqlı
- 0
- 8

26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilmişdir. Prezident İlham Əliyev tədbirdə iştirak edərək moderatorun suallarını cavablandırmışdır.
Çıxış zamanı Azərbaycanın investisiya imkanları, iqtisadi inkişafı, regional bağlantıları və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan xarici investorlar üçün açıqdır və ölkəyə yeni texnologiyaların, beynəlxalq təcrübənin və investisiyaların cəlb olunması mühüm əhəmiyyət daşıyır. O, beynəlxalq şirkətlərin Azərbaycanda ofislər açmasının və yerli iqtisadi mühitlə daha yaxından əməkdaşlıq etməsinin vacibliyini vurğulamışdır.
Anar Tarverdiyev,
Masallı rayonu Güllütəpə kəndi.





























