Masallı məktəblisi respublika yaradıcılıq müsabiqəsində ikinci yeri tutub
- 8-03-2021, 19:00
- Mədəniyyət / Təhsil
- 0
- 634
Masallı məktəblisi respublika yaradıcılıq müsabiqəsində ikinci yeri tutub
Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Söz dünyasının günəşi” adlı onlayn yaradıcılıq müsabiqəsinə yekun vurulub.
Onlayn platformada təşkil olunan müsabiqə iki yaş qrupu (10-15, 16-24) üzrə keçirilib. Müsabiqəyə dahi şairin şeir (qəzəl, qəsidə, rübai) və poemalarından seçilmiş kiçik həcmli (3-4 dəqiqəlik) parçalar təqdim edilib.
On iki gün davam edən (25 yanvar-5 mart) müsabiqənin nəticələrinə əsasən Masallı rayonu, Bədəlan kənd tam orta məktəbinin onuncu sinif şagirdi Şahbazzadə İlqarə Mahir qızı ikinci yerə layiq görülərək, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin müvafiq diplomu ilə təltif olunub.
Məlumat üçün bildirək ki, yaradısılıq müsabiqəsinə respublikanın 295 ümumtəhsil məktəbindən və 49 uşaq-gənclər inkişaf mərkəzindən 601 şagird qatılıb.
Müsabiqənin təşkilində məqsəd böyüməkdə olan gənc nəslə Nizami Gəncəvinin zəngin ədəbi irsini dərindən mənimsətmək, təhsilalanlara klassik şərq şeiri olan qəsidə, qəzəl və rübai şəkillərini sevdirmək, onların yaradıcılıq potensiallarını və bədii qiraət qabiliyyətlərini inkişaf etdirmək olub.
Akif AĞAYEV,
www.yeniheyet.az