Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Musa Mustafayevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib

Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər aparılır. Rayonun bütün ərazilərində şəhid adına olan küçələr Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəli şəkildə asfaltlanır.
Belə ki, Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Musa Mustafayevin adını daşıyan küçəyə 300 metr məsafədə asfalt örtüyü döşənmişdir.
25 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi və bələdiyyə sədri Xoşçobanlı kəndində Vətən müharibəsi şəhidi Musa Mustafayevin adını daşıyan küçəyə döşənmiş asfalt örtüyünə yerində baxış keçirmişlər.
Baxış zamanı rayon rəhbərinə görülən işlərin həcmi, asfaltın keyfiyyəti və gələcəkdə nəzərdə tutulan abadlıq planları barədə məlumat verilib.
Rayon rəhbərliyinin daxili imkanlar hesabına həyata keçirdiyi bu layihə kəndin yol infrastrukturunun yaxşılaşdırılmasına, sakinlərin rahat gediş-gəlişinə xidmət edir.
Şəhidin ailə üzvləri görülmüş işlərə, şəhid küçəsinə asfalt örtüyünün döşənməsinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanların hər birinə dərin minnətdarlıqlarını ifadə ediblər.
































