Toyda iştirak edən koronovirus xəstəsi saxlanılıb: 82 yaşı var
- 8-02-2022, 10:35
- Səhiyyə
- 0
- 437
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları aktiv koronavirus xəstəsinin toy mərasimində iştirakının qarşısını alıblar.
Şəhərin “Xanədan” şadlıq evində təşkil olunan toy mərasimində iştirak etməklə digər şəxslərin həyatını təhlükə altına qoyan Masallı rayon sakini 1940-cı il təvəllüdlü Bəşirov Hamil Daləli oğlu saxlanılıb. Həmin şəxsə COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etməklə infeksiyanın yayılmasına şərait yaratdığı izah edilib. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
H.Bəşirov barəsində araşdırma aparılır.
www.yeniheyet.az