• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Masallıda

    Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Masallıda

    Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Masallıda
     
    Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley Masallıda rəsmi səfərdə olub.
    Fevralın 14-də Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley və başçılıq etdiyi nümayəndə heyəti – səfirliyin ikinci katibi Maykl Fennin, səfirliyin əməkdaşı Sənan Süleymanov Masallıda rəsmi səfərdə olub.
    Səfər çərçivəsində Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb.
    Masallı Rayon İcra Hakimiyyətində RİH başçısı cənab Rafil Hüseynov nümayəndə heyətinə Azərbaycanın ən çox əhalisi sıx (226 min nəfər, sıxlığı 1 kvadrat kilometrə görə 115 nəfər, şəhər üzrə isə 315 nəfər) və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, həmçinin mədəniyyəti, turizm, yeni yaradılan Masallı Sənaye Məhəlləsi, Masallı Dövlət Regional Kolleci, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, 2018-cı ilin sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində bir sıra açılışlar edib.
    Masallı RİH başçısı cənab Rafil Hüseynov bildirib ki, Masallıda qadınların fəaliyyət imkanları genişlənir. Məhz ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və Azərbaycan Hökuməti ilə tərəfdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən idarə olunan bu qurumlar və bizim köməyimizlə Masallı rayonunda artıq 51-dən çox qadın öz biznesini qurub və onların ailələrinə dəstək göstərilir. Olduğunuz Çaxırlı ərazisində də bu yönümdə nəticələr uğurlu alınır. Bütün bunların ərsəyə gəlməsində bizimlə yanaşı AzKİL və yerli icmanın dəstəyi də qeyd edilməlidir.  Hişkədərə kəndində bu istiqamətdə məqsədyönlü işlər davam edir. Maraqlıyıq ki, hər kənddə, hər ərazidə bu cür layihələrə imza ataq. Hər yaşayış məntəqəsində biznesyönümlü kooperasiyalar yaradaq.
     Artıq çox qadın öz  xırda biznesini böyütməklə yanaşı bu işi başqa qadınlara öyrədirlər. Azərbaycanda ilk ABAD (Ailə Biznesinə Asan Dəstək) layihəsi Masallıda gerçəkləşib. Bu xəttlə yeni istehsal sexləri yaradılır. Bu gün bizim  "ABAD"ın məhsullarına hava limanında, “Bravo Supermarket” lər şəbəkəsində  da rast gəlinir. Hələ bu başlanğıc mərhələdir. Qadınlar maraq göstərir. İri layihələr reallaşdırmaq əzmindədirlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Masallı rayonuna səfəri zamanı açılışını etdiyi Sənaye Məhəlləsində qadınlar üçün Xalçaçılıq mərkəzi yaradılır. 150 nəfərin çalışacağı Xalçaçılıq fabriki bu il istifadəyə veriləcək. Burada təlim kursları fəaliyyət göstərir. Sənaye Məhəlləsində mebel istehsalı ilə məşğul olan qadın sahibkarlarımız da var.
    Turizm imkanlarımız da böyükdür. Səfalı yerlərimiz var. Masallıda turizm şəhərciyi salınacaq. Bu istiqamətdə peşəyönümlü hazırlıqlara başlanılıb. Regional Turizm Kollecinin fəaliyyəti ixtisaslı kadrların formalaşmasında əhəmiyyət kəsb edir. Bu sahədə qadınlara üstünlük verilir.
    Cənab Filip, təşəkkür edirik ki, vaxt ayırıb Masallı ilə qismən də olsa tanış ola bildiniz. Diqqətinizə çatdırım ki, kəndlərimizdə qazlaşma bu il 100 faizə çatacaq. Artıq 97 faizi tamamlanıb. Qadınların məişət probleminin aradan qalxmasında bu məsələ xüsusilə önəmlidir. Kəndarası yollar 85 faiz asfaltlanıb. Elektrik təsərrüfatı çox sürətlə yenilənir. Rayon ərazisi 20 faiz SİP kabelləşib, abonentlər yeni SMART kartlarla təchiz edilib. 52 məktəb, 20 səhiyyə müəssisəsi, o cümlədən 240 yerlik Rayon Mərkəzi xəstəxanası, 2 ərazi xəstəxanası, Vərəm dispanseri və s. ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir olunaraq müasir standartlara uyğun şəkildə hər cür avadanlıqlarla təchiz edilib. Alternativ təbabət olaraq Bioloji Təbabət Klinikası fəaliyyət göstərir. Bu səhiyyə ocağında Almaniyanın tibbi təcrübəsi tətbiq olunur.
     
    Təhsilə, salamlığa diqqət öncül ideyalarımızdandır. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tövsiyə etdiyi kimi: “Azərbaycanda yetişməkdə olna nəsil sağlam və savadlı böyüməlidir.” Masallıda Olimpiya İdman Komleksi, Boks, Taekvondo, Cüdo Mərkəzləri fəaliyyət göstərir. Avropa, Dünya çempionlarımız var.
    Geniş iqtisadi imkanlara malik ölkəniz var. Təkcə onu deyim ki, İngiltərənin bir çox mərkəzi şəhərləri kimi Londonun mərkəzindəki 32 hektarlıq ərazidə böyük, unikal topdansatış mərkəzi fəaliyyət göstərir. İndi Azərbaycanda da bu sistem qurulub.
    Bizim keyfiyyətli, qatqısız düyülərə də bu gün tələbat var. Prezident cənab İlham Əliyevin Masallıya səfəri zamanı müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmiş Çəltik emalı müəssisəsinin açılışı olub. Pakistandan, Hindistandan Böyük Britaniyaya bu məhsul idxal olunsa da tam təbii, xoş ətirli Masallı düyüsünə hər zaman ehtiyac duyulur. Alıcılarla kontrakt qura bilməməyimiz və s. məsələlərdən ötrü bu sahədə əməkdaşlığa ehtiyacımız var.
    Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley deyib ki, bizi xoş qarşıladığınıza, ətraflı izahata, maraqlı söhbətə görə Sizə minnətdarlığımı bildirirəm.  Cənab səfirimiz, xanım Karol Kroftsun salamlarını Sizə çatdırıram.
    Ailənin sağlam və xoşbəxt olması əsas ideologiyadır. Xüsusilə qadınları diqqət mərkəzində saxlamaq gözəldir. Bir neçə səbəbə görə bu ağıllı strategiyadır: Kənd əhalisinin işlə məşğulluğu təmin olunur. Böyük Britaniyada aparılan tədqiqatlar göstərir ki, qadın işləyirsə, şəxsi gəliri varsa, demək ailə yaxşı yaşayır. Bir də ki, qadınlar bir yerdə olanda daha uğurlu addımlar atırlar.
    Təkcə qadın siyasətilə bağlı deyil, gördüklərimə rəğmən deməliyəm ki, Masallıda digər sahələr üzrə də hiss olunacaq irəliləyişlər nəzərimizdən qaçmadı.
    Etiraf etməliyəm ki, buradakı təcrübədən biz də yararlanmalıyıq. Sözün həqiqi mənasında iş təcrübəniz öyrənilməlidir. Təkcə elə qadınlarla bağlı atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Biz Britaniyada heç də buna nail ola bilməmişik. Təkcə bir faktı deyim ki, keçən il ölkəmizdə qadın və kişi jurnalistlərin eyni miqdarda əmək haqqı alması böyük söz-söhbətə, qalmaqala səbəb olmuşdu. Çaxırlı kəndindəki tədbirdən və Masallı şəhərindən  aldığım təəssüratlar yaddaqalan oldu. İlk növbədə yerli məhsullarınız – təndir çörəyi, halva, cürbəcür şirniyyatlar, ləvəngi kimi nemətləriniz çox dadlıdır. Sizin kənd təsərrüfatı məhsullarınız orqanik və dadlıdır. Mənim xoşladığım gül kələmi xüsusilə ləzzətlidir. Bu, hazırda müştərisi bol olan məhsuldur.

    Kənd təsərrüfatı nazirliyi ilə əməkdaşlığımızı daha da intensivləşdirmək istəyirik. Nazirlərimiz bu sahədə təcrübələrini bölüşməlidirlər. Azərbaycan hökümətinin yüksək rəsmiləri – Təhsil, Ekologiya nazirlikləri, eləcə də AzərKosmos və s. ilə əməkdaşlığımız var.
    Rəsmi görüş zamanı Böyük Britaniya səfirinin müavini Filip Barkley Masallıdakı görüşündən məmnun qaldığını bildirib.
    F.Barkleyə Masallıdan xatirə hədiyyələri təqdim olunub.
     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    2. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    3. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    4. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    5. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    6. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    7. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    8. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    9. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    10. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    11. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    12. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    13. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    14. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    15. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    16. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    17. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    18. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    19. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    20. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    21. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    22. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    23. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    24. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    25. 21:00 Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü
    26. 16:28 Rayon rəhbərinin 05 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    27. 15:35 “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda seminar
    28. 08:41 Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub
    29. 23:00 Masallıda iftar süfrəsi
    30. 22:00 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü
    31. 09:13 “Zəfərə gedən yol” – Masallıda tədbir
    32. 17:06 Azərbaycan Prezidentinə yazırlar
    33. 17:03 Masallıda növbəti ümumrayon ağacəkmə aksiyası
    34. 16:56 Masallı RİH Başçısı 03.04.2024-cü il tarixdə İkinci Yeddioymaq ərazisinin sakinləri ilə görüşdü
    35. 11:42 MASALLIDA YOLLAR TƏMİR OLUNUR
    36. 11:37 Masallıda noxud əkini sahələri genişləndirilir
    37. 11:15 ELAN
    38. 11:00 Böyük Zəfərə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin səkkizinci ildönümüdür
    39. 09:21 Göydən düşən müdirlər
    40. 10:57 XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ