• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda dövlət qurumları və könüllü təşkilatlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir

    Masallı rayonunda dövlət qurumları və könüllü təşkilatlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir


    2020-ci il Azərbaycanda “Könüllülər ili”dir 

    Masallı rayonunda dövlət qurumları və könüllü təşkilatlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Masallıda dövlət qurumları və könüllü təşkilatlarının könüllülərinin əlaqələndirilmiş fəaliyyəti genişləndirilmiş şəkildə davam etdirilir.
    Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə pandemiya dövründə də rayonumuzdakı dövlət qurumları və könüllü təşkilatlarının könüllülərindən İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Gənclər və İdman İdarəsinin rayon şöbəsinin, Gənclər Evi Sosial xidmət mərkəzinin, rayon Təhsil şöbəsinin Təhsilə İctimai Dəstək Qrupunun, Gənclərin İnkişafı və Karyera Mərkəzinin, Masallı Dövlət Regional Kollecinin könüllüləri əlaqələndirilmiş formada fəaliyyət göstərir. Pandemiya dövründə yuxarıda adları göstərilən dövlət qurumları və könüllü təşkilatlarından təxminən 50-ə yaxın könüllü aktiv şəkildə görülən tədbirlərdə iştirak etmişdir və hal-hazırda da onların fəaliyyəti davam edir.
    Masallı könüllüləri yaşı 65-dən yuxarı olan tənhalara və yardıma ehtiyacı olan ahıllara zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərir, Heydər Əliyev Fondu tərəfindən və yerli xeyriyyəçilər tərəfindən imkansız şəxslərə verilən ərzaq yardımlarının çatdırılmasında, vətəndaşlara maska və spirt paylanılmasında, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlar arasında maarifləndirmə işinin aparılmasında, vətəndaşlara metodik vəsaitlərin paylanması və obyektlərə, küçələrə metodik vəsaitlərin yapışdırılmasında fəal iştirak etmişlər və hal-hazırda iştirak etməkdə davam edirlər.
    Qeyd etmək istərdik ki, rayon İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, Gənclər Evi Sosial xidmət mərkəzinin, Təhsilə İctimai Dəstək Qrupunun, Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri pandemiya dövründə rayonda həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər. Belə ki, adları qeyd olunan dövlət qurumları və digər təşkilatların könüllüləri Heydər Əliyev Fondu tərəfindən “Biz Birlikdə Güclüyük” devizi altında aztəminatlı ailələrə paylanılan 2000 ərzaq yardımının çatdırılmasında iştirak etmişdirlər.
    Rayon İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının və Təhsilə İctimai Dəstək Qrupunun könüllüləri Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon təşkilatının sosial işçiləri ilə birgə 296 nəfər yaşı 65-dən yuxarı olan tənha şəxslərə və yardıma ehtiyacı olan ahıllara ərzaq yardımlarının paylanmasında, 110 nəfər yaşı 65-dən yuxarı olan tənha şəxslərə zəruri ehtiyaclarının qarşılanmasına, vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişdirlər.
    Rayon Təhsil şöbəsinin Təhsilə İctimai Dəstək Qrupunun könüllü müəllimləri şagirdlərə virtual dərslərin keçirilməsində aktiv iştirak edərək könüllü dərs tədris edirlər.
    5 may 2020-ci il tarixdən hal-hazıradək rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlar arasında çox fəal şəkildə maarifləndirmə işi aparılır. 20 mobil qrup tərəfindən “Karantin rejiminin yumuşaldılması, karantin rejiminin ləğv edilməsi demək deyil” devizi altında aparılan könüllü fəaliyyətdə vətəndaşların maarifləndirilməsi, onlara spirt və tibbi maska paylanılmasında dövlət qurumlarının işçiləri ilə yanaşı İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi, Gənclər Evi Sosial xidmət mərkəzi, Təhsilə İctimai Dəstək Qrupu və Gənclərin İnkişafı və Karyera Mərkəzindən ümumilikdə 30-dan çox könüllü iştirak edir.
    Rayonumuzda fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri tərəfindən “Könüllü Qonşu” aksiyası çərçivəsində rayonumuzdakı küçə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
    Ümumilikdə rayon gənclərinin, xüsusilə də könüllülərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına öz əməli işləri ilə cavab verərək pandemiya dövründə dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdirmişlər.

    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    2. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    3. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    4. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    6. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    7. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    8. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    12. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    13. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    14. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    15. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    16. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    17. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    18. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    19. 11:15 DİQQƏT! DİQQƏT!
    20. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    21. 13:51 Masallı rayonunun 95-ci ili
    22. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    23. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    25. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    26. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    27. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    28. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    29. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    30. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    31. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    32. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    33. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    34. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    35. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    36. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    38. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    39. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    40. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ