• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vətən müharibəsi - xalqımızın Milli Qələbəsi

    Vətən müharibəsi - xalqımızın Milli Qələbəsi

     Vətən müharibəsi -  xalqımızın Milli Qələbəsi

    30 illik həsrət, Vətən nisgili, ürəklərdə qanımızı donduran, vicdanları- mıza kölgə salan, başımızı dik tutmağa qoymayan, daha nələr və daha nələr, ağrı-acılarımıza Ali Baş Komandanımızın müzəffər rəhbər-liyi, xalqımızın dəmir yumruqtək birliyi, dayağı nəticəsində Şanlı Ordu- muzun şücaəti nəticəsində 44 gün davam edən Vətən müharibəsində son qoyuldu. Torpaqlarımız erməni-faşist tapdağından azad edildi.
    Möhtərəm Prezidentimiz İlham Əliyev2020-ci ilin yekunlarına həsr olumuş müşavirədə demişdir : “Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.”
    Bəli, 2-ci Qarabağ savaşı xalqımızın Milli Qələbəsi ilə nəticələndi. Qarşıda duran ən çətin, şərəfli siyasi problemi öz gücümüzlə həll etdik. Əlbəttə ki, bundan irəli gələn mühüm məsələlər: ərazilərin təhlükəsiz vəziyətə gətirilməsi; erməni vandalizmi nəticəsində dağıdılmış, viranəyə çevirilmiş rayonlarımızın, yurd-yuva-larımızın yenidən və ən müasit tələblər səviyyəsində qurulması; infrastrukturun əsaslı şəkildə bərqərar edilməsi, beləliklə də həsrəti ilə yaşadığımız torpaqlarımızın insanlarımızın normal yaşamaları üçün hazır vəziyətə gətirilməsi və ən nahəyət uzun ilərdən bəri gözləri dədə-baba trpaqlarının yolarına diklənmiş və qaçqın-məcburi köçkün “damğası” ilə yaşayanlarımızın həmin ərazilərə qayıtmalarına kömək göstərilməsi durur.
    Göründüyü kimi, əgər Birinci məsələnin həll edilməsi, ilk növbədə, Vətənin bütövlüyü naminə canından, qanından keçmək tələb edirdisə (əlbəttə digər vacib şərtlər də var idi), İkinci məsələnin həlli üçün isə, ilk növbədə, sərmay-investisiya, kapital qoyuluşu tələb edir. Axı insanların müasir dünyada yaşamasının özünəməxsus tələbləri də mövcudur. Bu sahədə də soyuq müharibə davam edir : “Qurdum, yaşadıram və sizdən yaxşı yaşadıram”. İlk növbədə erməni xalqı, sonra isə bütün dünya xalqlarının gözləri dikilən bu torpaqlarda elə həyat(“Ağıllı kənd” layihəsi) şəraiti yaratmalıyıq ki, onlar həsəd aparsınlar və qəlblərindən belə bir arzu keçsin: “Kaş məni də azərbaycan vətəndaşlığına qəbul edəydilər və o yerlərdə yaşayaydım”.
    Prezident İlham Əliyev demişdir: “Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik... “Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.
    Ölkə Başçısı dəfələrlə qeyd edib ki,.. Ümumiyyətlə, azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır ki, biz bu bölgənin təbiiliyini qoruya bilək. Ermənilər nə qədər çalışsalar da, orada məskunlaşma apara bilməmişlər. Çünki onların canlı resursları yoxdur. Bir də azad edilmiş torpaqlarda ki, ermənilər yaşayıb, mən orada olmuşam. Onlar elə gündə yaşayıblar ki, adam baxanda vallah dəhşətə gəlir. Məşhur Şurnux kəndi var ki, ermənilər bizim torpaqlarımızda yaşayıblar, indi onlar oradan çıxarılıbdır. Dünən Sərhəd Xidmətinin rəisi mənə məlumat verib, dəhşətli bir mənzərədir. Elə bil it damıdır. Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik. Əlbəttə ki, işlər əsaslı getməlidir. Minalardan təmizləmə,şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir”.
    Bu bir daha sübut edir ki, ancaq güclü dövlət öz vətəndaşları üçün xoşbəxt həyat şəraiti yarada bilər. Belə bir təminatın qarantı kimi çıxış edən möhtərəm Prezidentimiz 2020-ci ilin yekunlararına həsr olunmuş müşavirədə dövlətin bütün strukturlarının rəhbərlərinə konkret göstərişlərini verdi.
    Qarabağa-işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın ilk şərti həmin ərazilərin minalardan təmizlənməsi, yəni görüləcək bütün işlərin təhlükəsizliyinin təmin edilməsidir. Qeyd olunmalıdır ki, mənfur düşmən böyük xərclərini öz insan-larının məskunlaşdığı yerlərdə yaşayışın normallaşmasına deyil, həmin ərazilərin təhlükə mənbəyinə çevrilməsinə sərf edərək minalayıblar. Məni bir vətəndaş kimi narahat edən məsələlərdən biri də odur ki, erməni faşistləri sonadək öz xəyanətkar əməllərindən əl çəkməmiş və minaladıqları ərazilərin xəritəsini verməmişlər. Buna əməl edilsəydi 10 noyabr Bəyənnaməsinin müvafiq bəndinin tələblərinin tezliklə yerinə yetirilməsinə kömək olardı. Axı həmin torpaqlarda hər iki xalqın nümayəndələri birgə yaşamalıdırlar. Buna bizim dövlət zəmanət verir, yaxşı olardı ki, erməni dövləti də bunu etsin. Qarabağda, ətraf rayonlarda insanların tez bir zamanda birlikdə yaşaması üçün əsas zəmanət göstərilən Bəyannaməsinin tezliklə həm də Ermənistan tərəfindən birmənalı və təxirəsalınmaz icra olunmasıdır.
    Qarabağa qayıdış həmin yerlərin tam bərpası ilə mümkündür. Bu isə böyük maliyə vəsaiti qoyulmasını tələb edir. Yenidənqurma işlərinə xarici şirkətlərin də cəlb edilməsi nəzərdə tutula bilər. Bildiyimiz kimi, bu da öz növbəsində zəmanətin olmasını tələb edir, yəni təhlükəsiz fəaliyət zonasının olması vacib məsələdir. Nə qədər ki, həmin bölgələr minalardan və digər yararsızlaşdırılmamış sursatlardan təmizlənməyib, təhlükə mövcudur. Öıkə Rəhbəri bu məsələ barədə də öz göstə- rişini vermişdir: “Minalardan təmizlənmə ilə əlaqədar, hesab edirəm ki, biz bu sahəni böyük dərəcədə gücləndirməliyik”.
    Əlbəttə, qeyd etmək lazımdır ki, Qarabağa böyük qayıdışın astanasıdayıq və bu məqsədlə böyük layihələr hazırlanmışdır və onların həyata keçirilməsi üçün ilkin səylər, işlər başlanmışdır. Biz başa düşürük ki, tale yüklü bu məsələnı hamılıqla dəstəkləməli və onun yerinə yetirilməsindən ötrü üzərimizə düşən yükü çəkmə- liyik. Ölkə Rəhbərinin də dediyi kimi “Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.
    Masallının bütün sakinləri kimi biz- müharibə, əmək, silahlı qüvələr, hüquq-mühafizə orqanları veteranları da Möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dəstəkləyirik və görülmüş işlərə görə ona öz dərin minətdarlığımızı bildiririk! Əminik ki, xalqımızın yaxından dəstəyi ilə Cənab Prezident ən çətin taleyüklü vəzifələrin də öhdəsindən gələcəkdir. Ona Allahdan kömək diləyirik.
    Biz dədə-baba torpaqlarımıza qayıdağıq. Qarabağ-Azərbaycandır!

    Məmmədağa Şiriyev,
    Qarabağ müharibəsi veteranı, 
    Masallı rayonu, Ərkivan qəsəbəsi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ