• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” onlayn formada qeyd olunub

    Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” onlayn formada qeyd olunub

    Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” onlayn formada qeyd olunub

    8 mart 2021-ci il tarixdə Beynəlxalq Qadınlar Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən onlayn formada bayram tədbiri təşkil edilmişdir.
    Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan 200 nəfərə yaxın qadın iştirak etmişdir.
    İlk öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbiri açıb, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
    Şahin Məmmədov qadınları təbrik edərək, onların cəmiyyətdəki rolundan söhbət açmış və qeyd etmişdir ki, Ümummilli Liderimiz, Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.
    Müasir dövrdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır.
    Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edərək ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini vurğulayıb.
    RİH-nin başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan Masallı qadınları da bu gün iqtisadiyyatımızın  gücləndirilməsində idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
    Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Viləş kəndindən olan iki şəhidin anası-Aprel döyüşləri şəhidi Nurlan və “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin anası Ziba Əsgərova, Masallı Bioloji Təbabət Klinikasının əməkdaşı Nərmin Dəyyanova, 30 ildir Ərkivan qəsəbəsində məskunlaşan Xocalı sakini Kamilə Quliyeva, gənc könüllü Səkinə Ağayeva, "Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırova, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov və başqaları Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışıblar.
    Bayram münasibətilə xoş arzularını bildirən çıxışçılar qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
    Onlayn bayram tədbirində rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov çıxış edərək rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə və Beynəlxalq Qadınlar Günü münasibəti ilə 40 nəfərə yaxın qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərman və qiymətli hədiyyələrinin verilməsini səsləndirib.
    Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri Masallı RİH başçısı Şahin Məmmədov yekunlaşdırmışdır.
     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ