“QƏHRƏMANLIQ QALASI”
- 13-07-2021, 22:22
- Siyasət
- 0
- 627

İyulun 13-də Masallı Xalq teatrında Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzova ithaf edilmiş virtual ədəbi-bədii kompozisiya səhnələşdirilib.
“Qəhrəmanlıq qalası” adlı səhnə işində teatrın üzvləri və Masallı Dövlət Regional Kollecinin tələbələri rolları ifa ediblər.

Teatrın rejissoru Cəmaləddin Əliyev tədbirin əvvəlində ötən ilin iyul ayında Tovuz rayonu istiqamətindəki qanlı döyüşlər zamanı şəhidlik mərtəbəsinə yüksəlmiş vətən övladlarının qəhrəmanlığı barədə danışıb, həmçinin vətən sevgisi və şücaəti ilə vətənpərvərlik rəmzinə çevrilmiş igid oğulların mübarizliyinin xalqımızda birlik və həmrəylik ruhunun yüksəlməsinə, tarixi zəfərlə nəticələnən sonrakı hərbi-siyasi proseslərə təsirindən bəhs edib.
Sonra aktyorların ifalarına ver verilib.

Virtual tamaşanın rejissoru C.Əliyev, səhnə tərtibatçısı Elsevər Əliyev, musiqi tərtibatçısı isə Ruslan Zahidovdur. Kompozisiyada musiqiləri Atamoğlan Zahid səsləndirib.
Ədəbi-bədii kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.

www.yeniheyet.az