“20 Yanvar xalqımızın qan yaddaşıdır” – Masallıda tədbir

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbində “20 Yanvar xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.
Yeniheyet.az xəbər verir ki, şöbə əməkdaşlarının, məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı şəhəri Sakit Tağıyev adına 4 saylı tam orta məktəbinin direktor müavini Rahid Məmmədov və başqaları çıxışlarında bu qanlı hadisəni azadlıq mübarizəsi tariximizndə şanlı səhifə kimi xarakterizə ediblər, Azərbaycanın o vaxtkı səriştəsiz rəhbərlərinin xalqla bir olmadıqlarını, xalqımızın dahi oğlu Heydər Əliyevin 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatı ilə bu faciəni dünyaya çatdırdığını vurğulayıblar.
www.yeniheyet.az