Masallının Birinci Səmədxanlı kəndində rayon rəhbərinin 27 fevral 2025-ci il tarixdə səyyar görüş-qəbulu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Birinci Səmədxanlı kəndində rayon rəhbərinin 27 fevral 2025-ci il tarixdə səyyar görüş-qəbulu

    Masallının Birinci Səmədxanlı kəndində rayon rəhbərinin 27 fevral 2025-ci il tarixdə səyyar görüş-qəbulu


    27 fevral 2025-ci il tarixdə rayonun Birinci Səmədxanlı kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı 4 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırılmış, müraciətlərin 2-si müsbət həll olunmuş və 2 müraciətə qanunamüvafiq izahat verilmişdir.  
    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş,  Səmədxanlı ərazisində 2 transformator dəyişdirilmiş, 2 transformator təmir olunmuş və 30 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuş, Ətcələr kəndindən olan şəhidlər Rasim Ağayev və Mərdan İbayevin ailələri yaşayan küçəyə 350 metr məsafədə asfalt örtüyü döşənmiş və 4 km məsafədə kənddaxili küçələrə çınqıl tökülərək hamarlanmış, GPON lahiyəsi üzrə “AzTelekom” İB, “CityNet” MMC və “SelNet“ MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmiş və ərazi üzrə ümumilikdə 1,2 km məsafədə kanal təmizlənmişdir.

    Daha sonra şöbə müdiri Səmədxanlı ərazisində ümumilikdə 2,5 km məsafədə küçələr işıqlandırılmış və ərazidə evi yanmış kənd sakininə evinin tikintisindən ötrü ümumilikdə 2000 manata yaxın maddi vəsaitin toplanması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşmış, qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin etmiş və müraciətlərin həlli istiqamətində tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.










    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    2. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    3. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    4. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    5. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    6. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    7. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    8. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    9. 14:35 Yeni şeirlər
    10. 10:59 Perspektivli idmançıların aşkarlanması
    11. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    12. 15:56 100 illik ömrün işığı
    13. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    14. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    15. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    17. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    18. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    19. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    20. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    21. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    22. 14:19 QANLI YANVAR
    23. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    25. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    26. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    27. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    28. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    29. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    30. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    31. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    32. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    33. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    34. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    35. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    37. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    38. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    39. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    40. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ