Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul

    Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul


    21 may 2025-ci il tarixdə rayonun Türkoba ərazisinin Şatıroba kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüş-qəbulda Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev iştirak etmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 6 nəfər vətəndaş tərəfindən 11 məsələ qaldırıldığını, məsələlərdən 6-nın müsbət həll olunduğunu, 5 məsələ ilə bağlı vətəndaşlara qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər peroblemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Şatıroba kəndində şəhid Natiq Əkbərov adına olan küçəyə 460 metr, kənddaxili yola isə 650 metr asfalt örtüyü döşənmiş, ərazi üzrə 1,8 km məsafədə daxili yollara çınqıl tökülərək hamarlanmış və 200 metr yol qreyderlənmiş, ərazidə 35 ədəd yararsız elektrik dirəyi və 300 metr elektrik xətti yenisi ilə əvəz olunmuş,  Qəzvinoba kəndində 1 ədəd yeni transformator quraşdırılmış və 800 metr yeni elektrik xətti çəkilmiş, Şatıroba kəndində ümumilikdə 400 metr məsafədə küçələr işıqlandırılmış, ərazidə 1 km məsafədə suaparıcı kanallar təmizlənmiş və 3 ədəd suaparıcı kanalın keçidinə borular qoyulmuşdur. GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən ərazinin bütün yaşayış məntəqələrinə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

    Daha sonra şöbə müdiri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 600 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 850 ədəd olmaqla ümumilikdə 1450 ədəd ağac əkilməsi, Türkoba kənd tam orta məktəbinin həyətində Səməd Vurğunun heykəli təmir olunaraq ətrafının abadlaşdırılması, Türkoba kənd məscidində 1 ədəd kondisioner quraşdırılması və kənd qəbiristanlığında çardaq tikilməsi, Şatıroba kəndində 200 metr məsafədə suaparıcı kanalın ətəylərinin mişar daşı ilə hörülməsi və kəndin giriş lövhəsinin inşa edilməsi, yeni inşa edilmiş Qəzvinoba kənd ümumi orta məktəbin istifadəyə verilməsi, Qəzvinoba kənd məscidinin təbii qazla təmin olunması və kənddə yeni işıqforun quraşdırılması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin  etmək məqsədi ilə tapşırıqlarını vermişdir.

    Prezident Administrasiyasının məsul əməkdaşı çıxış edərək səyyar görüş-qəbulların cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq keçirildiyini və görüşlərin insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədi daşıdığını qeyd etmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.












    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ