Главная > Siyasət / Manşet > Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi

Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi


Dünən, 10:07. Разместил: admin44


Masallı Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yanaşı yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atır.

14 iyul 2025-ci il tarixdə şəhid Sahil Babayevin övladı Samir Babayevin 9 yaşının tamam olması münasibəti ilə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi, bələdiyyə və media nümayəndələri tərəfindən şəhid övladı evində ziyarət olunmuş, rayon rəhbəri Samir Babayevi təbrik etmiş və öz xoş arzularını çatdıraraq hədiyyələr təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhid ailəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.














шаблоны для dle 11.2
Вернуться назад