Главная > Siyasət / Manşet > Rayon rəhbəri Boradigah çayı üzərində inşa olunan körpüyə baxış keçirib

Rayon rəhbəri Boradigah çayı üzərində inşa olunan körpüyə baxış keçirib


8-10-2025, 20:37. Разместил: admin44
Masallı rayonunun Boradigah qəsəbəsində çay üzərindən keçidi təmin edəcək yeni körpünün inşası sürətlə davam etdirilir. Layihənin yaxın zamanlarda tam başa çatdırılması nəzərdə tutulur. Körpünün istifadəyə verilməsi həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini asanlaşdıracaq, Boradigah qəsəbəsinin daxili yol infrastrukturunun daha da yaxşılaşdırılmasına şərait yaradacaqdır.

08 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi və bələdiyyə sədri tikintisi davam edən körpüyə baxış keçirib, görülən işlərlə yerində tanış olmuşlar. 

Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi rayon rəhbərinə görülmüş işlərlə bağlı geniş məlumat vermişdir.



шаблоны для dle 11.2
Вернуться назад