Masallıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
Masallıda Zəfər gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.08 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Hüseynhacılı kəndində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatının əməkdaşları, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı rayon təşkilatı, ərazi nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və media nümayəndələri iştirak etmişlər.
Zəfər Günü ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 1100 ədəd müxtəlif növ ağac əkilmiş və əkilən ağaclara aqrotexniki qulluq göstərilmişdir.






































