Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 

    Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 


    19 noyabr 2025-ci il tarixdə Masallı rayonu Mahmudavar kəndində “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilmişdir.

    Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri və 150 nəfər fermer-torpaq mülkiyyətçisi iştirak etmişdir.

    Tədbirdən öncə müşavirə iştirakçıları Mahmudavar kəndində fəaliyyət göstərən “Baba  Bulağı”  MMC-yə məxsus meyvəqurutma sexinə, yeni yaradılmış, sutkalıq gücü 1.5 ton olan mini çay fabrikinə, eləcə də rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları guşəsinə baxış keçirmişlər.

    Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi hazırlanmışdır. Bu Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.   
    Məlum olduğu kimi, ölkəmizdə qeyri- neft sektorunun inkişafı istiqamətində davamlı işlər görülür və qərarlar qəbul edilir. Buna misal olaraq ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri avadanlığının güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. 

    Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar bölmənin digər sahələri kimi, sitrus meyvəçiliyi, çay və çəltikçiliyin inkişafı üçün də geniş imkanlar yaradıb. Kənd təsərrüfatının bu sahəsinin inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi idxaldan asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.

     Tədbirdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzəsində qeyd etmişdir ki, ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi  inkişaf  proqramları qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafını  təmin etməklə  yanaşı, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi sahəsində də əhəmiyyətli rol oynayır. Hal-hazırda  ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ölkədə həyata keçirilən aqrar  siyasətin əsas istiqamətlərindəndir. 
              
    Rayonumuz əhalinin sayına və bu nisbətdə adam başına düşən torpaq sahəsinin azlığına görə espublikamızda ilk yerlərdən birini tutur . Masallı rayonunda kənd təsərrüfatına yararlı 32519 ha torpaq sahəsinin 26722 hektarı xüsusi mülkiyyətə verilmiş pay torpaqları təşkil edir. Torpaqları 24907 ha əkin kateqoriyasıda olan torpaq sahəsidir ki,  bunun da 10197 ha suvarılan torpaq sahələridir.

    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov müşavirədə qeyd etmişdir ki, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əsas iş istiqaməti abonentləri içməli su və kanalizasiya xidməti, kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin etmək, bundan başqa rayon ərazisində suvarma şəbəkələrinin istismarını həyata keçirmək və onlara nəzarət etməkdən ibarətdir. 

    Rayon ərazisində 10131 ha əkin sahələrinin suvarma suyuna olan tələbatı Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan Viləşçay su anbarı, Babaser su anbarı, sututarlar və artezian quyuları vasitəsilə təmin olunur. Suvarma suyunun itkisiz və maneəsiz tələbatçılara çatdırılmasından ötrü idarənin Xırmandalı, Həsənli, Köçəkli, Qarğalıq, Xıl, Gəyəçöl, Boradigah, Babaser və digər kəndlərində olan suvarma kanallarında lildən təmizlənmə, sahilbərkitmə işləri görülmüş və hazırda da bu istiqamətdə işlərimiz davam etdirilir. Həmçinin Boradigah çayının məcrasında cari ilin iyul ayından genişləndirmə, habelə lildən, kol-kosdan və məişət tullantılardan təmizləmə işləri aparılır. Bundan başqa Xanalıyan kəndi ərazisindəki təsərrüfatlar arası kanallarda da lildən və kol-kosdan təmizləmə işləri görülmüşdür.

    Müşavirədə “Baba Bulağı” MMC-nin rəhbəri Zəmanə Babayeva-Cəfərzadə sitrus və çayçılıq, Şamaxı rayon sakini, fermer Seyran Muradov çiyələkçilik, Kolatan kənd sakini, fermer Fikrət Məmmədov sitrus və çayçılıq barədə çıxışlar etmişlər.

    Fermerlər onlara göstərilən diqqət, qayğı və yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
    Sonda fermer və torpaq mülkiyyətçilərinin sualları cavablandırıldı.










    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ