Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
26 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həsənov Zöhrab Məmmədxan oğlunun ailəsini ziyarət etmiş, onların qayğıları ilə maraqlanmış, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bilirərək hər zaman qəhrəman şəhidlərimizi uca tutub ailələrinin yanında olmağı əsas vəzifə olduğunu qeyd etmişdir.
Rayon rəhbəri şəhid ailəsinin ailə məişət şəraitinin yaxşılaşdırılması üçün inşa olunmuş yeni fərdi yaşayış evində gedən təmir işləri ilə yerində tanış olmuş və müvafiq tapşırıqlarını vermişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.




































