Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
18 fevral 2026-cı il tarixində Öncəqala ərazisinin Hüseynhacılı kəndində keçirilmiş vətəndaş qəbulu zamanı tənha yaşayan Cahangirova Markizə Qulam qızının müraciəti nəzərə alınaraq onun yaşayış ünvanına baxış keçirilmiş, məişət şəraiti və sosial vəziyyəti yerində araşdırılmışdı.
Bu gün Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, idarə və müəssisə rəhbərləri, ərazi nümayəndəsi, bələdiyyə sədri, media nümayəndələri və ictimaiyyət təmsilçiləri ilə birlikdə Markizə Qulam qızının yaşadığı ünvana Rayon rəhbəri tərəfindən əvvəlcədən verilmiş tapşırıqların icra vəziyyətinin öyrənilməsi məqsədilə növbəti baxış keçirilib.
Baxış zamanı vətəndaşın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəzərdən keçirilib, aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlərin icra səviyyəsi qiymətləndirilib. Tənha yaşayan vətəndaşın gündəlik məişət ehtiyaclarının təmin olunması, sosial dəstək tədbirlərinin gücləndirilməsi, eləcə də səhhəti ilə bağlı məsələlərin diqqətdə saxlanılması istiqamətində verilmiş tapşırıqların icrasının davam etdirildiyi bildirilib.
Rayon rəhbərliyi tərəfindən vətəndaş müraciətlərinə həssas yanaşmanın bundan sonra da davam etdiriləcəyi, xüsusilə tənha və həssas kateqoriyadan olan şəxslərin sosial rifahının yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanılacağı vurğulanıb.
Cahangirova Markizə Qulam qızı ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmiş, göstərilən həssas münasibəti yüksək qiymətləndirmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.


































