Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026

Masallıda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
04 mart 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Masallı rayonunun Boradigah qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 110 ədəd müxtəlif növ ağac əkilmişdir.

































