Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Qodman kəndində şəhid Ramil Zərbiyevin yataq xəstəsi olan anasını ziyarət edib.
Ziyarət zamanı rayon rəhbəri şəhid anasının səhhəti ilə yaxından maraqlanıb, onun müalicə və müayinəsinin təşkili ilə bağlı vəziyyəti diqqətdə saxlayıb. Şəhid ailələrinin, xüsusilə də şəhid valideynlərinin sosial-məişət qayğılarının həlli və onların daim diqqət və qayğı ilə əhatə olunması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına şəhid valideynləri üçün inşa olunan evdə aparılan təmir işləri ilə tanışlıq olub.
Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb, təmir prosesinin keyfiyyətlə və müəyyən edilmiş tələblərə uyğun şəkildə başa çatdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da Masallı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.


































