Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir

    Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir

            
    21 oktyabr 2026-cı il tarixində Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis Şöbəsi və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
          
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov narkomanlığa qarşı mübarizədə dövlət qurumları, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdıraraq qeyd etmişdir ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.6 və 8.4.11-ci bəndlərinin icrası çərçivəsində təşkil olunub.

     Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini  Tanrıverdi Aydınov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomanlığın yayılma riskinin azaldılması, əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsi və sağlam həyat tərzinin təşviq edilməsidir.
        
    Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib. O, rayonda narkomanlığın yaranmasına və yayılmasına təsir edən səbəb və şəraitin aradan qaldırılması, risk qrupuna daxil olan yeniyetmə və gənclər arasında profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
           
    Masallı Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Qoşqar Hətəmov narkotik vasitələrdən istifadənin, xüsusilə yeniyetmə və gənclər arasında qarşısının alınmasının vacibliyini vurğulayıb. O, məktəblərdə maarifləndirmə işlərinin gücləndirilməsinin, şagirdlərin sağlam həyat tərzinə təşviq edilməsinin, eləcə də bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
     
    Masallı Dövlət Regional Kolecinin müəllimi Natiq Vəlişov çıxış edərək bildirmişdir ki, narkomanlığa qarşı mübarizə yalnız dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının vəzifəsi deyil. Bu, ailənin, təhsil müəssisələrinin, gənclər təşkilatlarının, ictimaiyyətin və hər bir vətəndaşın birgə məsuliyyətidir. Bu istiqamətdə birgə fəaliyyət, davamlı maarifləndirmə və sağlam həyat tərzinin təşviqi gələcək nəsillərin qorunmasına xidmət edir.
           
    Sonda narkomanlığın qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi və yeniyetmə-gənclər arasında profilaktik maarifləndirmə tədbirlərinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
    Tədbirdən sonra narkomanlığın qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Masallı şəhəri ərazisində yeniyetmə, gənclərə və şəhər sakinlərinə maarifləndirmə bukletləri paylanılmışdır.








    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    2. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    3. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    5. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    6. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    7. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    8. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    9. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    10. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    12. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    14. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    16. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    17. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    18. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    19. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    20. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    21. 10:08 UNUDULMUR...
    22. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    23. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    25. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    26. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    27. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:46 “PeşəFest-2026” - Masallıda
    29. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    31. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    32. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    36. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    37. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    38. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    39. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    40. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ