Masallı Təhsil Fondunun növbəti yığıncağı keçirilib
- 14-10-2021, 17:47
- Təhsil
- 0
- 424
Masallı Təhsil Fondunun növbəti yığıncağı keçirilib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan “Masallı Təhsil Fondu”nun növbəti yığıncağı zamanı 70 saylı Masallı şəhər Seçki Dairəsinə daxil olan ərazilərdəki ümumtəhsil məktəblərinin məzun qızlarının Pedaqoji Universitetlərdə təhsili ilə bağlı məsələlər müzakirə olunub.
Fondun direktoru Hüseyn Hüseynov aztəminatlı ailələrin qız övladlarının ali məktəblərə ödəniş və təqaüdləri ilə bağlı bildirib ki, keçən tədris ilində 40, yeni tədris ilində isə 45 tələbəyə ödəniş və təqaüdlər verilib: “Həmçinin Dövlət Universitetlərində təhsil alan imkansız ailələrin 10 nəfər qız övladlarına da ödəniş və təqaüd verilməsinə kömək edilib.”
"Masallı Təhsil Fondu"nun üzvləri Əntiqə Tağıyeva, Fidan Abbaslı, Aynur Abbasova, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev və Əkbər Mahmudov tələbələrin daha yaxşı oxumaqları üçün təkliflərini səsləndiriblər.
Hər bir tələbənin semestr imtahanlarında nəticələrinin 61baldan aşağı olmaması müəyyən edilib.
Sonda növbəti ildə görüləcək işlər barədə qərar qəbul edilib.
www.yeniheyet.az