• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MASALLIDA 10 ƏDƏD SUBARTEZİAN QUYUSU QAZILIR

    MASALLIDA 10 ƏDƏD SUBARTEZİAN QUYUSU QAZILIR

    MASALLIDA 10 ƏDƏD SUBARTEZİAN QUYUSU QAZILIR 

    Məlum olduğu kimi, son 16 ildə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, reallaşdırılan dövlət proqramları nəticəsində ölkəmizdə yüksək iqtisadi inkişaf göstəriciləri əldə edilib.
    Ölkə başçısının müvafiq Fərman və sərəncamları ilə respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi, həmçinin regionların sosial-iqtisadi inkişafına dair təsdiq edilmiş müvafiq Dövlət proqramları və Tədbirlər planlarında,meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.
    Respublikanın 10 şəhər və rayonunda yeni subartezian quyularının qazılmasına 1,19 milyon manat ayrılıb.
    Son illərdə Masallıda da subartezian quyularının qazılması geniş vüsət alıb.
    Azərbaycan Prezidenti İlham Əliyev aprelin 21-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Regionlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
    Subartezian quyuları hərəsində bir ədəd olmaqla, aşağıdakı yaşayış məntəqələrində qazılacaq: Ərkivan qəsəbəsi, Babaser, Bala Təklə, Əhmədli, Köhnə Alvadı, Qodman, Öncəqala, Sərçuvar, Şərəfə və Tüklə kəndləri.
    Qeyd edək ki, 2019-cu ildə Masallı rayonu ərazisində 7 subartezian quyusu — Ərkivan qəsəbə, Həsənli, Şərəfə, Səmidxan, Lürən, Öncəqala və Kolatan kəndində qazılaraq kənd adamlarının ixtiyarına təhvil verilib. Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinin Masallı sahəsi üzrə rəisi Əli Abuşov bildirib ki, cari ildə daha 10 quyunun istifadəyə verilməsi istiqamətində işlər gedir: Ərkivan qəsəbə, Əhmədli, Şərəfə, Təklə, Sərçuvar, Qodman, Tüklə, Öncəqala, Köhnə Alvadı və Babaser kəndləri ərazisində. — Qazma ustalarımız hər işi keyfiyyətlə görür. Onlar çalışırlar ki, quyular işlək olsun, görülən xeyirxah işimiz bəhrə versin, adamları ondan lazımi qaydada istifadə etsin, biz də onlara baxaq sevinək! — deyə Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinin Masallı sahəsi üzrə rəisi Əli Abuşov bildirib.
     
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ