• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Cənub regionunda torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hal aşkarlanıb

    Cənub regionunda torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hal aşkarlanıb


    Əmlak Məsələləri Dövlət Xidməti və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dekabrın 2-də torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi keçirilib.

    Xidmətdən  bildirilib ki, müşavirədə Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

    Xidmətin rəis müavini Elçin Yusubov vurğulayıb ki, dövlətimizin başçısı tərəfindən təsdiq olunan inkişaf strategiyalarında müəyyən edilmiş hədəflərə çatmaq üçün ölkənin mühüm təbii, iqtisadi resursu olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir.

    Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi, onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, 2020-2022-ci illərdə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələrinin təyinatı üzrə istifadə olunmadığını, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələblərinin pozulduğunu göstərib.

    Aparılmış monitorinqlər nəticəsində 2020-2022-ci illər ərzində cənub regionunda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 560 inzibati protokol tərtib edilib, 261 min manat məbləğində cərimə tətbiq olunub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyətləri orqanlarına bildirilib.

    Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin gücləndirilməsinin, təsirli tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, torpaq istifadəçiliyinin nizama salınması ilə bağlı Xidmətlə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər dövlət qurumları arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulması günün tələbidir. Həmçinin torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.

    Sonda müşavirədə qeyd edilənlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     
     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:33 Nurlu insan
    2. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    3. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    5. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    6. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    7. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    8. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    9. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    10. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    11. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    12. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    13. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    14. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    16. 16:20 Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub
    17. 23:30 Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
    18. 14:00 Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    19. 12:53 Qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
    20. 09:24 Masallıda 2025-cü ilin aprel ayına olan səyyar-görüş qəbulları barədə
    21. 16:55 Masallının Həsənli ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    22. 16:47 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    23. 14:48 Masallıda 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi 
    24. 10:38 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
    25. 22:30 XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi
    26. 23:00 31 mart Azərbaycanlıların soyqırımı günü
    27. 23:00 Azərbaycanlıların soyqırımı haqqında fərman
    28. 23:30 Bəşər tarixinin misli görünməmiş soyqırımı faktı
    29. 09:54 Xankəndi şəhərində-Novruz bayram
    30. 09:10 ALLAH RƏHMƏT ELƏSİN
    31. 23:00 Novruz bayramı- bizim milli bayramımızdır.
    32. 21:02 Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    33. 17:59 Rayonun Göyəçöl ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    34. 17:52 Masallının Mahmudavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 17:51 Masallının Rudəkənar kəndində rayon rəhbərinin 13 mart 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    36. 15:02 İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi
    37. 14:33 Çağırışların fürsətə çevirilməsi mövzusunda keçirilən XII Qlobal BakıForumu
    38. 03:29 Masallıda ənənəvi iftar süfrəsi 
    39. 23:30 Suverenliyimiz və ərazi bütövlüyümüz
    40. 23:30 Azərbaycanın zəfər ruhlu Novruz Bayramı
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ