• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şərqi Zəngəzurda tikiləcək su anbarı 3 milyona yaxın insanı içməli su ilə təmin edəcək

    Şərqi Zəngəzurda tikiləcək su anbarı 3 milyona yaxın insanı içməli su ilə təmin edəcək


    İşğaldan azad olunan ərazilərdə irimiqyaslı tikinti-bərpa işləri görülür. Həmin ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin su ehtiyatlarından istər içməli, istərsə də kənd təsərrüfatı təyinatı üzrə istifadəsi üçün meliorasiya və su təsərrüfatı sahəsinə aid tədbirlərin həyata keçirilməsinə başlanılıb. O cümlədən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərdə də bu istiqamətdə işlər davam etdirilir.

    Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şərqi Zəngəzurda içməli və suvarma suyuna tələbatın təmin olunması üçün bir sıra işlər görülür. Belə ki, Həkəri çayı üzərində 90 milyon kubmetr su tutumu olacaq anbarın tikintisi planlaşdırılır. Həmin su anbarından 253 kilometr uzunluğunda magistral boru vasitəsilə su ötürüləcək. Boru saniyədə 8,5 kubmetr su ötürmə qabiliyyətinə malik olacaq.

    Rafiq Aslanov deyib: “Konseptual layihə Prezidentə təqdim olunub. Texniki-iqtisadi əsaslandırma, layihələndirmə işləri üçün tender müsabiqəsinin qalibi ilə müqavilə bağlanılıb və işlərə start verilib. Həkəri çayı üzərində inşa olunacaq anbarda toplanacaq su bütünlüklə Azərbaycan ərazisindəki mənbələr hesabına formalaşır və çox keyfiyyətli, təmiz, içməli su hesab edilir. Həmin anbarda yığılacaq sudan işğaldan azad olunan rayonlardan əlavə, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, İmişli, Saatlı və Sabirabad rayonları da daxil olmaqla, 3 milyona yaxın əhali istifadə edəcək”.

    Onun sözlərinə görə, Bərgüşad çayı üzərində, Qubadlının Bəxtiyarlı kəndi ərazisində 67 milyon kubmetr həcmi olacaq su anbarının tikintisi də planlaşdırılır. Bu anbardan 61 kilometr uzunluqda magistral boru çəkiləcək və 12 min hektar sahənin suvarılmasına xidmət göstərəcək. Eyni zamanda, Qız qalası baş qurğusunda tikilən, Cəbrayıl və Füzuli rayonları ərazisinə uzanacaq kanalın 50 kubmetr su ötürmə qabiliyyəti olacaq. Kanala əlavə olaraq Bəxtiyarlı su anbarından saniyədə 10 kubmetr su ötürüləcək.

    Zabux çayı üzərində isə 26,7 milyon kubmetr su tutumu olacaq anbar tikiləcək. Həmin anbardan 51 kilometr uzunluqda magistral xətt ayrılacaq və Həkəri çayının sağ və sol sahilləri ərazisində, Qubadlı və Zəngilan rayonları üzrə 12,1 min hektar sahə müasir suvarma texnologiyasının tətbiqi ilə suvarılacaq. Sözügedən layihə iki mərhələyə bölünür: birinci mərhələyə 2023-cü ilin sonlarınadək boru xətlərinin çəkilməsi və 6300 hektar payızlıq sahənin su ilə təmin edilməsi, ikinci mərhələyə isə su anbarının 2024-cü ilin sonunda tikintisinin başa çatdırılması və 12100 hektar sahəyə suyun verilməsi daxildir.



    "Yeni həyat" qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    2. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    3. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    4. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    6. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    7. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    8. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    12. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    13. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    14. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    15. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    16. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    17. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    18. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    19. 11:15 DİQQƏT! DİQQƏT!
    20. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    21. 13:51 Masallı rayonunun 95-ci ili
    22. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    23. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    25. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    26. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    27. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    28. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    29. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    30. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    31. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    32. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    33. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    34. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    35. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    36. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    38. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    39. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    40. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ