• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Üçrəngli bayrağımızın önündə

    Üçrəngli bayrağımızın önündə

     

    Üçrəngli bayrağımızın önündə

    - Baba, mənə nağıl danış.
    - Nə nağıl, ay bala ?
    - Hmm....nə bilim... məsələn, bu meydana nə üçün Bayraq meydanı deyilir. Niyə bayrağımız belə yüksəklikdə dalğalanır ?
    -Hə, ay bala, bunun böyük mənası var. Gəl sənə bayraq haqqında bir rəvayət danışım.
    Keçmiş zamanlarda bir ölkənin Xaqanı qonşu ölkə ilə müharibə şəraitində yaşayırdı.
    Xain başçısı bu ölkənin torpaqlarını işğal etmək istəyirdi. Lakin xaqan yenilməz ordusu ilə bu işğalın qarşısını şərəflə alırdı. İllər keçir, müharibə bitmək bilmirdi. Bir gün soyuq qış aylarında Xaqan sülh bağlamaq qərarına gəldi. O, istəyirdi müharibə şəraitində olan ölkəsini yenidən dirçəltsin. Ölkə əhalisi əmin-amanlıqda yaşasın. Düşmən ölkənin elçiləri saraya gəldilər. Xaqan sülh şərtlərini onlara bəyan etdi. Lakin elçilər razılaşmadılar. Qəzəblənmiş xaqan onlara öz ordusunu göstərdi. Lakin dedilər ki, onların ordusu daha çoxdur. Xaqan öz xəzinəsini göstərdi. Elçilər yenə sözlərindən dönməyib dedilər ki, onların xəzinəsi daha çoxdur. Xaqan bildirdi onlar öz sülh şərtlərini söyləsinlər. Bu şərtlər çox ağır idi. Müqavilədə şərt belə idi ki, torpaqlarının bır hissəsi onlara verilsin. Təbii ki, Xaqan bu şərtlərlə razılaşmadı və sülh müqaviləsi baş tutmadı.
    Düşmən elçiləri saraydan çıxıb ölkələrinə qayıdanda güclü tufan dağı-daşı, hər yeri uçurdurdu. Düşmən elçiləri çətinliklə sərhədlərinə yaxınlaşanda qəribə bir mənzərə onları geri dönməyə vadar etdi. Xaqanın qarşısında diz çöküb onun bütün şərtləri ilə razı olduqlarını bildirdilər və özləri üçün ən ağır şərtlərlə sülh müqaviləsini imzaladılar.
    Təəccüblənmiş Xaqan bunun səbəbini soruşduqda onlar belə cavab verdilər:
    – Xaqan sag olsun. Biz qayıdanda artıq güclü tufan başlamışdı. Elə bir tufan ki, insan ayaq üstə dura bilmirdi. Hətta ağaclar bu tufana tab gətirməyib şaqqıltı ilə qırılirdı. Biz sərhədinizi geçmək istəyərkən gördük ki, ordunuzun əsgərləri öz sinələrini sərhəddə ucalan bayrağın dirəyinə verib bərk-bərk özlərini ona sıxıblar ki, tufan ona bir xəsarət yetirməsin. Onda biz başa düşdük ki , bayrağını yıxılmağa yox əyilməyə belə qıymayan bu ordunun əsgərləri vətəni üçün tərəddüd etmədən, canından belə keçər. Mənim balam odur ki, bayrağımız həmişə ən uca yerdə dalğalanır, dost görüb sevinsin, düşmən görüb yasa batsın. Onun üçün hər an canımızdan keçməyə hazırıq.
    Bu bayraq qürur yerimizdir. Orduya yola düşən, ailə quran gənclərimiz bu bayrağa and içir, əhd-peyman bağlayır. Bu bayraq xalqımızın, dövlətimizin varlığı ilə dalğalanır, onu dünyaya tanıdır. Mənim balam, sən də həmişə bu müqəddəs bayrağa güvən, bu bayrağı qoru.
    Altı yaşlı uşaq gözlərini Bayraq meydanında ucalan Müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağına zilləmişdi: Gözündə işıq parlayırdı, ürəyi qürurlu idi.

    Ruhil ALKİŞİYEV,
    Böyük Xocavar kənd tam orta məktəbinin müəllimi.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ