Təbrik edirik!
- Bu gün, 11:17
- Maraqlı
- 0
- 20

Akif Rəfiyev — 85!
Bol-bəhrəli, yay mövsümlü mövludun mübarək!
...Yaxşı ad həyatda zərrə-zərrə, misqal-misqal qazanılır. İnsanın mənəvi zənginlik - deyilən ucalığa canatma arzusu bütün yaxşıların fitrətində olsa da, bu ucalığa yetmək hər kəsə nəsib olmur. Akif Rəfiyev bu ucalıq zirvəsindədir. Onun adı çəkildikdə, ilk növbədə xeyirxah bir kişi obrazı canlanır göz önündə…
14 iyul 1941-ci ildə Masallı şəhərində anadan olub. 1948-ci ildə Digah orta məktəbinə gedib.
Sonrakı vaxtda 1 nömrəli şəhər məktəbini vqurtarıb.1960-1963-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.
14 avqust 1964-cü ildə ailə həyatı qirmuşdur. Akif əmi deyir ki, 4 övladımdan ikisi oğlan, ikisi də qızdır. 3 övladım ali təhsillidir. Onlar müxtəlif sahələrdə çalışırlar... -1964-cü ildə ilk əmək fəaliyyətinə Masallı rayon kommunal təsərrüfatı idarəsində sürücü kimi fəaliyyətə başlamışam. 1967-ci ildə Masallı rayon məişət xidməti idarəsində bərbər ustası kimi fəaliyyət göstərmişəm. 1991-ci ildən təqaüdçüyəm…
Akif əmi Masallı Rayon Ağsaqqallar Şurasının üzvü kimi ictimai həyatda fəal iştirak edir.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycanın Fəxri Ağsaqqalı Ələşrəf Niftiyev deyir ki, peşəsi ilə rayonumuzda dərin nüfuz qazanmış Akif Ələkbər oğlu Rəfiyevi 85 illik yubileyi münasibəti ilə təbrik etmişdir. Təbrikdə deyilir:
-Hörmətli ağsaqqal dostumuz Akif Rəfiyev! Çoxsaylı təşkilat üzvlərimiz adından səmimi qəlbdən təbrik edirəm. Siz peşənizi sevən, sıravi xidmət göstərən gözəl sənətkar kimi masallıların qəlbində, həm də sadə, qayğıkeş, ədəb — ərkan sahibi kimi yadda qalıbsınız. Nümunəvi ailkə başçısısınız. Yaxınlarınıza və rastınıza düşən hər kəslə səmimi, xeyirxah davranışınızla nüfuz qazanıbsınız. 85 yaşınız mübarək! Sizə bundan sonra da mənalı ömür, can sağlığı, rəvan illər arzulayıram!
İnsan özü öz tarixini yaradır, əməli, əqidəsi, həyat yolları ilə. Göründüyü kimi Akif əminin də ömür yolu olduqca sadə və nümunəvi, yadda qalandır. Gözəl ailə başçısı, qayğıkeş insan olmaq, el-obanın xeyir-şərinə yaramaq, haqqı üstün tutmaq və s… Bəli, yaxşı insanlar o insanlardı ki, düşüncə tərzləri humanizmə və ləyaqətə söykənir. Elə Akif Rəfiyev kimi!..
85 yaşın mübarək, Akif əmi, əziz dost!
İmran ƏZİMOV, veteran müəllim, ştatdankənar müxbirimiz.





























