Prezident İlham Əliyev  21 il əvvəl xalqına verdiyi vədləri layiqincə yerinə yetirdi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev  21 il əvvəl xalqına verdiyi vədləri layiqincə yerinə yetirdi

    Prezident İlham Əliyev  21 il əvvəl xalqına verdiyi vədləri layiqincə yerinə yetirdi


     

    Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevin xalqın yekdil qərarı ilə Prezident seçilməsindən  21 il ötür. Bu  tarixi vərəqləyəndə  Azərbaycan adına qazanılan böyük uğurların, qələbələrin, zəfərlərin sıralandığını görürük,  möhtəşəm tarixi uğurların şahidi oluruq.  Zaman üçün çox qısa bir vaxtda  tarixi ədalətin, haqqın, milli maraqlarımızın beynəlxalq hüququn prinsip və normaları çərçivəsində qətiyyətlə təmin edildiyini görürük. Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən cənab Prezident İlham Əliyevin özünün də dünyaya bəyan etdiyi kimi: "Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz... Biz hər şeyi düzgün etmişik". Bu gün Qalib Lider cənab İlham Əliyevin millətimizə qazandırdığı Zəfər salnaməsi ən böyük uğurdur,  200 illk işğala birdəfəlik son qoymaq, Azərbaycan tarixinə qızıl hərflərlə qalib xalq sözünü yazmaqdır. Cəmi 21 il ərzində Azərbaycan cənab Prezident  İlham Əliyevin müdrik rəhbərliyi altında Cənubi Qafqazın lider ölkəsinə çevrilib, dünyada söz sahibi olub. Ölkəmiz ictimai-siyasi, sosial-iqtisadi, hərbi, mədəni, ümumiyyətlə, bütün sahələr üzrə böyük inkişaf yolu qət edib. Dünyanın enerji, nəqliyyat qovşağına çevrilib və əbəs yerə deyil ki, bölgə ilə bağlı reallaşdırılan bütün layihələr Azərbaycanla razılaşdırılır. 

    Beynəlxalq miqyaslı məsələlərin həlli ilə əlaqədar müzakirələrin, dialoqların aparıldığı unikal ünvan statusu daşıyan Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir, planetimizin xilası naminə mühüm işlər gerçəkləşdirir. Bu baxımdan COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etməsi üçün dünyanın əksər ölkələrinin yekdilliklə Azərbaycan lehinə səs vermələri də təsadüfi xarakter daşımırdı. Ölkəmizin həyatında son iki onillikdə baş verən hərtərəfli inkişafa, tərəqqiyə, iqtisadi, hərbi gücümüzün günbəgün artmasına, əldə etdiyimiz nailiyyətlərə, uğurlara nəzərən əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev  21 il əvvəl xalqına verdiyi vədləri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafı üçün hər şeyi edib və onu qüdrətli ölkəyə çevirib.  2003-cü il oktyabrın 15-də İlham Əliyev xalqdan mandat almış, oktyabrın 31-də isə "Qurani-Kərim"ə əl basaraq Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcəyinə and içmişdi. Buna görə də prezidentlik fəaliyyəti dövründə, heç şübhəsiz, İlham Əliyevin qarşısına qoyduğu bir nömrəli vəzifə Azərbaycanın ərazi və suverenliyinin təmini idi və buna da nail oldu. Cəmi 44 gün ərzində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin mükəmməl siyasi gedişləri, diplomatik bacarığı, hərbi taktikası sayəsində ərazisi işğal altında olan ölkədən zəfər ölkəsinə, xalqımız məğlub xalqdan qalib xalqa çevrildi. 

    Vətən müharibəsinə qədərki prezidentlik fəaliyyəti dövründə münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün diplomatik siyasət həyata keçirən İlham Əliyev bütün beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini çatdırır, Ermənistanın işğalını əbədiləşdirmək istəyən qərəzli xarici ölkə və qurumlara qarşı mübarizə aparırdı. Ancaq həmin məkrli qüvvələr, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün yönləndirilən ATƏT-in keçmiş Minsk qrupu məsələnin işğalçının xeyrinə olaraq sonsuzadək dondurulmasına çalışırdılar.  Bütün bunlara görə 2019-cu ildə Valdayda "Qarabağ Azərbaycandır!" haqq nidasını səsləndirən cənab Prezident İlham Əliyev artıq Bakının səbir kasasının daşdığını dünyaya çatdırdı. Qətiyyətlə bildirdi ki, Azərbaycan öz ərazilərinin işğalı ilə barışmaq fikrində deyil.    Beləliklə 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına qarşı Vətən uğrunda "İrəli" əmri verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ərazilərimizin 30 illik işğalına son qoymağın zamanının çatdığının mesajını verdi. Savaşın ilk günündən qəhrəman döyüşçülərimiz addım-addım torpaqlarımızı işğaldan qurtarmağa başladılar.

     Müharibənin 44 günü ərzində kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bir-bir azad olmasının müjdəsinin Prezident İlham Əliyev tərəfindən xalqımıza yetirilməsi xoş ənənəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Şuşa zəfərini məhz Şəhidlər xiyabanından xalqımıza çatdırması isə xüsusi rəmzi məna daşıyırdı və bu, torpaqlarımız uğrunda canlarını qurban verən oğul və qızlarımızın qisasının alındığına işarə idi.  İkinci  Qarabağ savaşının 44 günü ərzində rəşadətli Azərbaycan Ordusunun düşmənin başına endirdiyi sarsıdıcı "dəmir yumruq" zərbəsinin təsiri idi ki, Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi. Vətən müharibəsindəki möhtəşəm zəfər onilliklər boyu talanan, daşı daş üstə qalmayan, viranəyə çevrilən ərazilərimizi düşmən tapdağından qurtardı. Yüz minlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətini bitirdi.  Azadlıqlarının üzərindən dərhal sonra həmin şəhər, qəsəbə və kəndlərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinə start verildi, çox keçmədən Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış həyata keçirildi. Bir zamanlar yurdlarından didərgin düşərək ölkəmizin dörd  tərəfinə səpələnmiş keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə öz dədə-baba torpaqlarına qaytarılmağa başladı. Cəmi 23 saat ərzində Qalib Lider İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, üçrəngli, ay-ulduzlu bayrağımız bütün ərazilərimizdə dalğalandırıldı.  "Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. ...Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. 

    Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər". Ötən il oktyabrın 15-də Xankəndidən xalqımıza müraciət edən Prezident İlham Əliyevin qürurla vurğuladığı kimi, bu, İlahi ədalət, haqqın öz yerini tapması demək idi.  2023-cü il sentyabrın 19-da başlayıb 20-də ildırım sürəti ilə bitən və dünya erməniliyinə, onlara havadarlıq edən xarici qüvvələrə dünyanı dar edən antiterror tədbirləri Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, tarixi torpaqlarımızdakı quldur yuvasını darmadağın etdi. Status cəhənnəmə getdi, sərsəm "böyük Ermənistan" planları məhv edildi. Qalib Lider İlham Əliyevin yürütdüyü məharətli diplomatik siyasətin növbəti qələbəsi isə bu ilin may ayında Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması oldu. 4 qeyri-anklav kənd bir güllə atılmadan, qan tökülmədən azad edildi.  Bu nümunələrdən də göründüyü kimi, Azərbaycan son 21 il ərzində vətənpərvər şəxsiyyət İlham Əliyevin əzmi, qətiyyəti, uzaqgörən siyasəti sayəsində tarixindəki ən böyük zəfərlərə imza atıb. Məğlub ölkədən qalib ölkə zirvəsinə yüksəlib, ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. 

     Ölkəmizin qazandığı bu qələbələr isə, heç şübhəsiz, bölgə ilə bağlı məkrli planları olan qərəzli Qərb siyasi mərkəzlərini və təsisatlarını qane etmir. Buna görədir ki, Vətən müharibəsindən, xüsusilə də antiterror tədbirlərindən sonra müstəmləkəçi Fransanın başçılığı altında Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar. Onlar Ermənistana siyasi, hərbi dəstək verərək onu revanşa qızışdırırlar. Bu isə elə İrəvanın özünə zərərdir.  Bu il oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşən cənab Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin gedişatı  onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın: "O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik". Bütün bunlara görədir ki, elə bu ilin 7 fevralında da Azərbaycan xalqı bir daha yekdilliklə Ulu Öndər siyasi məktəbinin layiqli varisi, sözü imzası qədər kəsərli olan  İlham Əliyevə səs verərək onu özünün Prezidenti seçdi. Cənab İlham Əliyev özünün 21 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. 

    Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 21 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirmişdir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 21 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə qərarlaşmışdır. Qalib Lider İlham Əliyevin bundan sonra da  xalqımıza hələ çox qürurlu, şanlı günlər yaşadacağına  tam əminik. 

     

           
    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    2. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    3. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    4. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    5. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    6. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    7. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    8. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    9. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    10. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    11. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    12. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    13. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    14. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    15. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    16. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    17. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    18. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    19. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    20. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    21. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    22. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    23. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    24. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    25. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    26. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    27. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    28. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    29. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    30. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    31. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    32. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    33. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    34. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    35. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    36. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    37. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    38. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    39. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    40. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ