İki əsgərin bir masalı... » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İki əsgərin bir masalı...

    İki əsgərin bir masalı...


    Bu gün, iyulun 8-də Masallı rayon Mərkəzi Kitabxanasında Masallı rayon MKS-nin təşkilatçılığı, rayon Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon təşkilatının təşəbbüsü ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatının laureatı, yazıçı-publisist Firuzə Bəyməmmədqızının “İki əsgərin bir masalı” kitabının təqdimatı keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, rayon ziyalıları və Masallı Regional Kollecinin tələbələri iştirak ediblər.  

    Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə ilk çıxış edən kitabxananın direktoru vəzifəsini müvəqqəti icra edən Günay Xəlilova tədbir iştirakçılarını salamlayaraq Mərkəzi Kitabxanada mütəmadi olaraq yazıçı və şairlərlə görüşlər təşkil edildiyini, kitab təqdimatlarının keçirildiyini bildirib. O, bu gün keçirilən tədbirin Firuzə Bəyməmmədqızının “İki əsgərin bir masalı” kitabının təqdimatına həsr olunduğunu və bu kitabın canını Vətən uğrunda qurban vermiş şəhid qardaşların, Aprel döyüşləri şəhidi Nurlan Əsgərli, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli həyat və döyüş yoluna işıq saldığını diqqətə çatdırıb.
    Sonra rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev torpaqlarımızı işğaldan azad edən və ərazi bütövlüyümüzü bərpa edən hər bir şəhidimizin qəhrəmanlıq təcəssümü olduğunu, onların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən söz açıb.

     Masallı  Rayon İcra Hakimiyyəti  Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova qəhrəman şəhidlərimizin qəlbimizdə hər zaman yaşadığını, Vətənpərvərlik hissi ilə yazılan bu kitabın yazıçının daha bir uğurlu addımı olduğunu söyləyib. O, belə tədbirlərin və kitab təqdimatlarının gənc nəsildə vətənpərvərlik ruhunun daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon təşkilatının sədri Ramiz Tağıyev çıxışında dövlət müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğala məruz qaldığını və belə çətin bir dönəmdə ulu öndər, ümummilli lider Heydər Əliyevin hakimiyyət başına gəldiyini, ordu quruculuğuna nail olduğunu vurğulayıb. Onun siyasi varisi, möhtərəm Prezidentimizin rəhbərliyi altında şanlı ordumuzun xalqımıza qələbə sevinci yaşatdığını bildirib.

    Tədbirdə çıxış edən pedaqoq, ziyalı Oqtay Həsənli, əməkdar jurnalist Zakir Abbas, şairə Meysaba Aslanova və digərləri çıxışlarında qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunmuş bir çox kitabların qələmə alındığını və bu kitabın da eyni qəbildən olduğunu vurğulayıb. Çıxışlarda həyatı əks etdirən materiallardan ibarət sənədli əsər olan bu kitabın tarixi həyatla ön cəbhənin vəhdət təşkil etdiyi qeyd olunub. Şəhid qardaşların anası Ziba Əsgərli ürək sözlərini dilə gətirərək uşaqları körpə yaşlarından Vətənə məhəbbət, düşmənə nifrət ruhunda böyütdüyünü bildirib. Tədbir çərçivəsində Ə. Niftiyev rəhbəri olduğu qurum adından müəllifə fəxri fərman və qələmə aldığı kitablardan təqdim edib. Tədbirin sonunda müəllif qələmə aldığı kitab haqqında təəssüratlarını bölüşərək, ona yaradılan bu şəraitə görə kitabxana rəhbərliyinə və digər təşkilatçılara öz minnətdarlığını bildirib.
    Tədbirin sonunda xatirə şəkli çəkilib.









    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ