Главная > Maraqlı > Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025

Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025


Dünən, 18:38. Разместил: admin44
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.
Belə ki, 47 saylı Yol İstismarı MMC tərəfindən Təzə Alvadı ərazisində mərkəzi yolunun kənarında yerləşən obyektin qarşısına 360 kvadrat metr sahəyə asfalt örtüyü döşənmiş, Hişkədərə kənd mərkəzi yolunun asfalt örtüyündə cari təmir işləri aparılmışdır.

 Xeyriyyəçilər tərəfindən Böyük Kolatan-Xanaliyan yoluna 1.1 km, Xırmandalı kəndində 150 metr, Mahmudavar ərazisinin Rüdəkənar kəndində 350 metr, Həsənli ərazisinin Təkdam kəndində 150 metr və Türkoba ərazisinin Qəzvinoba kəndində 150 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. Güllütəpə ərazisinin Yeni Zuvand kəndində körpülərə çınqıl tökülərək cari təmir işləri aparılmışdır.




шаблоны для dle 11.2
Вернуться назад