Azərbaycan Prezidentinə yazırlar
- 17-09-2025, 08:24
- Maraqlı
- 0
- 146

Hörmətli cənab Prezident,
Siz ölkəmizə rəhbərlik etdiyiniz dövrdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlamısınız, bu istiqamətdə mühüm tədbirlər görmüsünüz. Sevindiridici haldır ki, bu illər ərzində beynəlxalq və regional əhəmiyyət daşıyan yollarla yanaşı, kəndlərarası yolların əsaslı təmirinə və yenilərinin çəkilməsinə xüsusi diqqət göstərilmişdir.
“Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 11 sentyabr tarixli Sərəncamınızı sevinclə və böyük ruh yüksəkliyi ilə qarşıladıq. Bu yolun bizim kəndimizin sosial-iqtisadi həyatında öz rolu vardır.
Cənab Prezident, buna görə Sizə kənd sakinləri adından öz dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Kinəxanım Əliyeva,
Aydan Fərəcova
Azərbaycan Respublikası, Masallı rayonu, Mahmudavar kəndi.





























