Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
- Dünən, 20:07
- Maraqlı
- 0
- 75
Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman Rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır.
47 saylı Yol İstismarı MMC tərəfindən Tüklə kəndində şəhid Vasif İsmayılov adına küçənin asfalt örtüyü cari təmir edilmişdir. Ərkivan ərazisində bələdiyyə tərəfindən şəhid Əhməd Mirzəyev adına küçəyə 100 metr və Türkoba ərazisində şəhid Ənvər Əliyev adına küçəyə 100 metr məsafədə çınqıl döşənmişdir. Türkoba ərazisində şəhidlər abidə kompleksinin qarşısına çınqıl döşənmişdir.
Yeddioymaq və Viləş ərazilərində şəhidlər abidə kompleksində abadlıq-bərpa işləri aparılmışdır.
47 saylı Yol istismarı MMC tərəfindən Tüklə ərazisinin Məmmədoba kəndində şəhid Füzuli Əliyev adına küçəyə asfalt örtüyünün döşənməsi işlərinə başlanılmışdır.
Qızılavar ərazisində şəhidlər abidə kompleksinin təmirinə başlanılmışdır.





























