Şəhid Məhəmməd Əliyevin şəhadətinin 5-ci ildönümü anıldı
- Bu gün, 17:32
- Maraqlı
- 0
- 9
11 noyabr 2025-ci il tarixində Böyük Xocavar kəndində şəhid Əliyev Məhəmməd İlham oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Məhəmməd Əliyevin şəhadətə yüksəlməsinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdıırlması şöbəsinin aparıcı məsləhətçisi Əli Məmmədov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






























