Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub

    Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub



    Bu gün, 13 dekabr 2025-ci ildə Masallı Rayon Mərkəzi Xəstəxanasının akt zalında rayon səhiyyəsinin inkişaf etməsində müstəsna xidmətləri olmuş, şərəfli ömür yolu keçmiş, xeyirxah və qayğıkeş insan Vaqif Əhmədovun anadan olmasının 85 illik yubileyi qeyd edilib.
    Tədbirdə Bakının və Masallının səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, ailə üzvləri, qohum və dostları, KİV nümayəndələri iştirak ediblər.
    Tədbir Ulu Öndərin əziz xatirəsinin və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

    Tədbiri Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan  Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü   Ələşrəf Niftiyev açmışdır.
    Sonra yubilyarın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib. 

    Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlqar Ramiz oğlu qeyd edib ki, Vaqif Əbülfəz oğlu Əhmədov 16 dekabr 1940-cı ildə Masallının Çaxırlı kəndində, rayonumuzun dəyərli ziyalılarından olan, vaxtilə Digah məktəbinin direktoru olmuş Əbülfəz müəllimin ailəsində dünyaya göz açıb. Vaqifin yaş yarımı olmamış atası 21 mart 1942-ci ildə Böyük Vətən Müharibəsinə göndərilir, 1944-cü ilin 23 iyununda almanlarla qızğın döyüşlkərdə həlak olur, qara kağızı gəlir... Vaqif ilk təhsilini 1948-1955-ci illərdə Çaxırlı yeddi illik məktəbində alıb. 1955-1958-ci illərdə qonşu Təklədə tam orta təhsilini başa vurub. Elə həmin ili sənədlərini Azərbaycan Tibb Universitetinə təqdim edib, imtahanları müvəffəqiyyətlə verib ora qəbul olunub. 1964-cü ildə institutu bitirdikdən sonra Masallı Rayon Mərkəzi Xəstəxanasında (RMX) rentgenoloq-terapevt kimi əmək fəaliyyətinə başlayır. 

       1968-ci ildə cərrah kimi fəliyyətə başlayır. 1968 -1970-ci illərdə hərbi xidmətdə - hərbi hissələrdə baş həkim kimi fəaliyyət göstərib. 1970-ci ildən Masallı RMX-da həkim - travmatoloq və ictimai əsaslarla ilk partiya təşkilatının katibi vəzifəsinndə işləmişdir. 1975-ci ildə ilk dəfə Masallı RMX-da aşağı ətrafların amputasiya əməliyyatını keçirmişdir. 1976-cı ildə ilk dəfə Mərkəzdən gələn həkimin iştirakı ilə neyro-cərrahiyyə əməliyyatı aparmışdır.1978-ci ildən Masallı RMX-nın baş həkiminin müavini və mərkəzi xəstəxananın müdiri işləmişdir. 1981-ci ildən Masallı RMX-nın baş həkimi kimi fəaliyyət göstərmişdir. 1982-ci ildə respublikamızda malyariya xəstəliyi qeydə alınan dövrdə, RMX-nın yeni binasının tikintisinə başlanılmışdı. Həmin dövr rayonda səhiyyəyə rəhbərlik edən şəxsdən böyük əzmkarlıqla çalışmaq tələb edilirdi. 
    Masallı Rayon İcra Hakimiyyətinin aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə RİH başçısı cənab Araz Əhmədovun yubilyara salamlarını çatdırıb və hədiyyəsini təqdim edib. 

    Yubiley tədbirində çıxış edən Yeni Azərbaycan Partiyası Masallı Rayon Təçkilatının sədri Seyfəddin Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədrinin müavini, akademik Abel Məhərrəmov, tanınmış mama - ginekoloq Xalidə Sadıqova, yazıçı-publisist və araşdırmaçı Xodaşirin Cəbiyev, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ramiz Tağıyev, Köhnə Alvadı kəndindən veteran müəllim Cəbrayıl İsmayılov, veteran müəllim Asuda Məmmdova, veteran müəllim –şair Əlizamin Baxış, qayını, həkim Qılman İsmayılov, veteran həkim Mirnizam Vahabov, qızı Aysun Aslanova, veteran həkim, həvəskar şair Əhmədağa Adilov, iqtisadçı alım Mübariz Məmmədli və başqaları qeyd ediblər ki, ömrünün 85-ci baharını yaşayan Vaqif həkim müqəddəs Hipokrat andına sadiq qalan, Masallının zəngin səhiyyə ənənələrini yaşadıb inkişaf etdirən, əhalinin sağlamlığının qorunmasını hər şeydən üstün tutan, insanlara həssas, qayğıkeş münasibət bəsləməsi ilə seçilən tibb işçilərimizdəndir. Hazırda təkcə Masallı rayonunda deyil, Cənubda yetərincə tanınan Vaqif həkimin ömür salnaməsi mənalı sətirlərlə zəngindir.

    Vaqif Əhmədov göstərilən diqqət, fəaliyyətinə verilən qiymət üçün minnətdarlığını bildirib.



















    İbrahim ŞÜKÜROV,
    Masallı Rayon Ağsaqqallar Şurasının mətbuat katibi.
    Fotolar Elsevər Əliyevə və Faiq Mirzəyevə məxsusdur.



    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ