• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı şəhər ərazi nümayəndəliyinin hesabat yığıncağı keçirilib

    Masallı şəhər ərazi nümayəndəliyinin hesabat yığıncağı keçirilib

    Masallı şəhər ərazi nümayəndəliyinin hesabat yığıncağı keçirilib

    Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.
    Yanvarın 31-də Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanovun 2018-ci ilin yekunları, 2019-cu ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilib.
    Məruzəçi bildirib ki, ümumi ərazisi 2554 ha olan Masallı şəhərində 7232 yaşayış evi,  5720 ev təsərrüfatı və ev təsərrüfatları üzrə 26150 nəfər əhali vardır.
    2018-ci il ərzində şəhər inzibati ərazi dairəsində aparılan təmir tikinti, abadlıq və kommunal xidməti işləri davamlı olaraq həyata keçirilmişdir. Belə ki, ümumi uzunluğu 5.3 km olan Bakı prospektinin ilkin olaraq Seybətin dairəsi-Musakuçə dairəsi istiqamətində olan 3,0 km-lik hissəsində yenidənqurma işləri görülmüşdür. Prospekt boyu yol kənarlarına 9000 kub metr torpaq materialı daşınaraq piyada səkilərinin yataqları genişləndirilmiş, 6000 p/m uzunluğunda beton səki daşları düzülmuş, piyada səkilərinin arxa hissələri əhəng daşı ilə hörülmüşdür. Piyada səkilərinin altı çınqıl materialı ilə doldurularaq katokla sıxılmışdır. Prospekt boyu əvvəldən mövcud olmuş bir tərəfli işıqlandırma sistemi sökülərək götürülmüş və iki tərəfli olmaqla müasir işıqlandırma sistemi ilə əvəz edilmişdir. Bu ərazidə 6500 m uzunluğunda kabel materialı istifadə olunmaqla 105 yeni işıqlandırma dirəyi quraşdırılaraq istifadəyə verilmişdir. Piyada səkilərinə 8500 kvm, prospektin 3,0 km-lik hissəsinə isə yüksək keyfiyyətli asfalt örtük döşənmişdir.Eyni zamanda bildiririk ki, Masallı şəhəri ilə yeni inşa edilmiş Ələt-Astara avtomobil yolunu birləşdirən bir kilometrlik hissədə isə yol yatağı genişləndirilərək 11 metr səviyyəsinə çatdırılmış, yola 950 p/m uzunluğunda beton səki daşları düzülərək piyada səkiləri qurulmuş, piyada səkilərinə asfalt döşənərək 20 ədəd müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Yol kənarına hər iki tərəfdə yaşıllıq zolağı salınaraq ağaclar əkilmişdir. Bu hissədə yol yatağına 9 metr enində asfalt örtük vurulmuşdur. Musaküçə dairəsi kimi adlanan yol qovşağı da yenidən qurulmuşdur. Azəravtoyol Dövlət Agentliyinin  mütəxəssisləri tərəfindən mövcud qovşaq sökülmüş, nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsindən ötrü yeni layihə əsasında qovşaq inşa edilmişdir. Yol qovşağının asfalt örtüyü yenilənmişdir. Bu istiqamətdə müxtəlif yol nişanları quraşdırılaraq yol ayrıcı xəttlər çəkilmişdir. Prospekt boyu yol kənarı meşə zolagı da daxil olmaqla bütün ərazidə abadlıq işləri görülmüş və ərazidə olan kol-koslar təmizlənərək kənarlaşdırılmışdır.
    Seybətin küçəsində də abadlıq işləri həyata keçirilmişdir. Uzunluğu 1.5 km olan küçənin 1,0 km-lik hissəsində 750 p/m beton səki daşları düzülmüş, yola asfalt döşənmiş, yol kənarı 300 metrə yaxın açıq olan həyətlar dəmir konstruksiya ilə bağlanmış, qalan hasarlar təmir edilmiş, piyada səkilərinə asfalt örtük döşənmişdir. Yol yatağına düşən elektrik hava xətt dirəkləri kənarlaşdırılmış, yola 23 ədəd işıqlandırma dirəyi quraşdırılmışdır. Eyni zamanda Seybətin məktəbinin qarşısında 150 m uzunluğunda kərpic materialından istifadə olunmaqla hasar çəkilmiş, ərtaf ərazilər abadlaşdırılmış və məhəllə daxili yollar asfaltlanmışdır. Bu yolda da yol kənarı yaşıllıq zolaqları salınaraq ağaclar əkilmişdir.
    Masallı şəhərinin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi turizm zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon icra hakimiyyəti tərəfindən 6,0 hektar ərazidə Palk Bulvar kompleksinin tikintisinə başlanılmışdır. Hal-hazırda beton bəndin üzərində aqlay materialı və kərpic elementlərindən istifadə olunmaqla sütunların və sütunlar arası hissələrə metal mühəccərlərin quraşdırılması işləri görülməkdədir. Eyni zamanda çay yatağının istinad divarlarının layihəyə uyğun xüsusi elementlərlə yeni formada qurulması, sahil boyu eni 7,2 metr olan yolun piltələrlə döşənməsi işləri həyata keçirilir. Artıq 5000 kvm-ə yaxın sahəyə piltə döşənmiş və işlər davam etdirilir. Bundan başqa layihəyə nəzərdə tutulmuş “Masallı evi” və “Uşaq əyləncə mərkəzi”nin layihələri naturada yerə köçürülmüş və tikinti işlərinə başlanılmışdır.
    Nəriman Nərimanov küçəsinə 4000 m2, Puşkin küçəsinə 1400 m2, Zərifə Əliyeva küçəsinə 11000 m2, Tələt Şıxəliyev küçəsinə 3500 m2, Ziya Bünyadov küçəsinə 2200 m2, Elşad Hüseynov 3000 m2, Elşad Əhədov küçəsinə 4050 m2, Cavanşir küçəsinə 3400 m2, İsrafil Məmmədov küçəsinə 2600 m2, Vidadi küçəsinə 1600  mvə Həzərxan Səmədov küçəsinə isə 1200 m2 asfalt örtüyü döşənmişdir. Bununla yanaşı şəhərin bir çox küçələrinə, o cümlədən Cəfər Cabbarlı, Təbriz, Xəqani Şirvani, M.Hüseyn, Qara Qarayev, Məmməd Araz küçələrinə qum-çınqıl materialı tökülərərk hamarlanmışdır. Hazırda şəhərin Qurtuluş küçəsində, Bakı prospektində piyada səkilərinin qurulması, işıqlandırma sisteminin yenilənməsi və layihədə nəzərdə tutulan digər təmir-tikinti işləri görülməkdədir. Şəhərin S.Vurğun küçəsində isə 2 metr enində yeni qurulan piyada yoluna 250 p/m bardür düzülmüş və üzərinə asfalt vurulmuşdur. H.Əliyev prospektinin köhnə bazara yaxın olan hissəsində yeni qurulmuş piyada yoluna 150 p/m bardür düzülmüş, üzərinə 600 m2 metlax döşənmiş, işıq dirəkləri qoyulmuş, ağac və yaşıllıqlar salınmış, yaşıllıqların ətrafına 550 ədəd park bardürü düzülmüş, 50 metr dəmir hasar quraşdırılmışdır. Bununla yanaşı qurunt sularının kənarlaşdırılması üçün 400 metr uzunluğunda su ötürücü nov qurulmuş və əlavə olaraq “Bank Respublika”nın qarşısında yağışlar zamanı qurunt sularının yığıldığı hissədə 70 metr uzunluğunda drenaj boru quraşdırılmışdır.
    Şəhərin küçə və prospektinin işıqlandırma sisteminin saz vəziyyətdə saxlanılmasından ötrü keçən dövr ərzində müvafiq tədbirlər həyata keçirilmişdir. Bildirmək istəyirəm ki, şəhər ərazisində 1255 ədəd işıq dirəyi, 2370 ədəd işıq nöqtəsi vardır. İl ərzində şəhərin işıq təsərrüfatında işıqnöqtələrinə qulluq edilmiş, yanmış lampaların, yararsız olan kabellərin yenisi ilə əvəz olunması işləri həyata keçirilmişdir.
    Ötən il ərzində Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi öz fəaliyyətini xeyli genişləndirmişdir. Keçən il ərzində Birliyin yaşıllaşdırma sahəsinin şitillik təsərrüfatında 53000 ədəd dekorativ bitkilər əkilib becərdilmiş və şəhərin küçə, park və meydanlarına, yaşıllıq zolaqlarına əkilmişdir. Bundan əlavə Seybətin dairəsində çoxillik yaşıllıq zolağı, Seybətin küçəsində 134 ədəd şam ağacı, 100 ədəd Eldar şamı, Hüseynhacılı yolunda 268 ədəd Şam və sərv ağacı, Z.Əliyeva küçəsinin Bakı prospektinə birləşən hissəsində və Xəstəxana dairəsində yaşıllıq zolaqları salınmışdır. Şəhərin küçə, park və meydanlarında, o cümlədən Park Bulvar komlpleksində, Musaküçə dairəsi, Z.Əliyeva küçəsi, bayraq meydanı ərazisində xeyli qızılgül, Eldar şamı, Yolka çepares, Xan çinar və feyxoa əkilmişdir. Salınmış yaşıllıq sahələrinin xüsusi ilə də isti dövrlərdə suvarılması, biçilməsi  eyni zamanda onlara aqrotexniki qaydada qulluq edilməsi birliyin işçiləri tərəfindən olduqca mütəşəkkil qaydada aparılmışdır. Bundan əlavə Baramaçılığın inkişafı məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 11200 ədəd tut tingləri Seybətin ərazisində əkilmişdir.
    XIX əsrə aid olan Cümə məscidi əsaslı təmirdən sonra istifadəyə verilmişdir.          
    Şəhər ərazisində 7 tam orta ümumtəhsil məktəbi, 1 litsey və 5 uşaq bağçası yerləşir. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2018-ci ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhər ərazisində yerləşən orta ümumtəhsil məktəblərində şagirdlərin, baxçalarda isə uşaqların davamiyyəti ilə əlaqədar mütəmadi olaraq yoxlamalar aparılmışdır. Orta ümumtəhsil məktəblərində aparılmış araşdırma zamanı I-IX  siniflərdə dərsə davamiyyətin yaxşı olması, X-XI siniflərdə isə davamiyyətin aşağı səviyyədə olması müəyyən olunmuşdur. Ötən ildə şəhər ümumtəhsil məktəbləri üzrə 290 şagird məzun olmuş, onlardan 159 nəfəri ali məktəblərə sənəd vermiş və 124 nəfər qəbul imtahanlarından müvəffəqiyyət qazanaraq tələbə adını qazanmışdır. Sevindirici haldır ki, tələbə adını qazananların 53 nəfəri qızlardır.
    Ölkə və ölkə hüdudlarından kənarda öz istehsalı ilə məşhur olan “EMBAWOOD” mebel fabriki, Sənaye Məhəlləsi, Çəltik emalı zavodu, “Fəxrəddin-K” kərpic zavodu, “Masera” MMC istilikxanası, otellər və restoranlar, müxtəlif ticarət və istehsalat müəssisələri ərazidə fəaliyyət göstərir. Bununla yanaşı şəhər ərazisində Masallı Asan həyat kompleksinin yaradılması gənclərin işlə təmin olunmasında və rayonun iqtisadiyyatının formalaşmasında xüsusi rol oynayır.
    Masallı Sənaye Məhəlləsində tikinti materiallarının istehsalı ilə bağlı 2 milyon manat, mebel istehsalı ilə bağlı isə 1 milyon 200 min manat müəssisələr tərəfindən investisiya qoyulmuş, 125-ə yaxın yeni iş yeri yaradılmışdır. Bununla yanaşı Digər xidmət sahələri üzrə, o cümlədən “Masallı Nemətləri” MMC-nin İri çəltikçilik təsərrüfatının yaradılması üçün 620 min manat, “Aqroservis” - əkin sahələrinə aqrotexniki xidmət və kənd təsərrüfatı texnikalarının icarəsi və təmiri müəssisəsinin yaradılması üçün 550 min manat və “Qızılgül” uşaq əyləncə mərkəzinin yaradılması üçün 600 min manat investisiya qoyulmuş, 54-ə yaxın yeni iş yeri yaradılmışdır.
    Masallı şəhər sakinləri Rəhimov Əhmədağa Məcid oğlu və Əliyev Samir Əfqan oğlu “ABAD” (Ailə Biznesinə Asan Dəstək) ailəsinin üzvlərindəndir. Onlar  “ABAD” tərəfindən verilmiş istehsal avadanlığı ilə təmin olunmuşlar. Əhmədağa Rəhimov ən yüksək standartlara uyğun, təmiz, keyfiyyətli və dadlı kolbasa və sosislərini, Samir Əliyev isə mürəbbə və cem məhsullarını hazırlayırlar.
    2017/2018-ci illər üzrə şəhər ərazisində torpaq mülkiyyətçiləri tərəfindən 320 ha yaxın sahədə kənd təsərrüfatının istehsalı məqsədilə şumlama işləri aparılmışdır. Əkin işi aparılması üçün şumlanmış sahələrə 190 ha buğda, 35 ha vələmir, 44 ha arpa, 2 ha yonca, 7 ha pomidor, 3 ha xiyar, 6 ha kartof, 24 ha noxud, 4 ha mərci, 2 ha lərgə, 3 ha sarımsaq əkilmişdir.  2018/2019-cu illər üzrə isə Masallı şəhər ərazisində torpaq mülkiyyətçiləri tərəfindən 323 ha yaxın sahədə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə şumlama işləri aparmışlar. Əkin işi aparılması üçün şumlanmış sahələrdə 196 ha buğda, 42 ha vələmir, 37 ha arpa, 4 ha yonca, 1 ha sarımsaq və qalan 43 ha sahələrdə isə digər məhsulların əkilməsi nəzərdə tutulmuşdur.
    Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Masallı Olimpiya İdman Kompleksinin, Şahmat məktəbinin, Taekvando, Boks Mərkəzlərinin maddi texniki bazasından ötən ildə idmanın, təhsilin inkişafı naminə geniş istifadə olunmuşdur. 2018-ci ildə inzibati ərazimizdə mötəbər idman tədbirləri, o cümlədən müxtəlif idman növləri üzrə rayon birinciliyi, Respublika əhəmiyyətli turnirlər keçirilmişdir.
    Xətai parkının yenidən qurulması, Park-Bulvar kompleksinin istifadəyə verilməsi, Kosakül yolunun abadlaşdırılması, H.Əliyev prospekti, S.Vurğun, R.Axundov və S.Məmmədov küçələrinə asfalt örtüyünün vurulması, R.Abbasov, Sabir, Digah, Füzuli, Dadva, Qurtuluş, Azərbaycan və Xətai küçələrinin cari təmiri işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
    Hesabat yığıncağında iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli proqramların qəbul və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin etmişdir. Ölkənin hər yerində olduğu kimi, Masallıda da regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla həyata keçirilmiş, nəzərdə tutulmuş bütün infrastruktur layihələr icra edilmişdir. Ötən ilin sentyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallı rayonuna səfəri çərçivəsində Masallı Sənaye Məhəlləsinin, “Masallı-Nemətləri” MMC-nin çəltik emalı müəssisəsinin, əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışını etmiş və Park Bulvar kompleksində aparılan tikinti-quruculuq işləri ilə tanış olmuşdur. Ölkə rəhbəri səfərləri çərçivəsində rayon ərazisində aparılan abadlıq, tikinti-quruculuq işlərini həmişə yüksək qiymətləndirmişdir. Cənab Prezident Masallı şəhərində 10 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün ötən il maliyyə vəsait ayırmışdır. Bu, dövlətimizin başçısının masallılara olan diqqət və qayğısının bariz nümunəsidir.
    Vətəndaşların müraciətinə baxılması, araşdırılması və nəticəsi barədə Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Fərid Novruzov geniş məlumat verib.
    Şəhərdə görülmüş və görüləcək işlərə görə sakinlər adından Ələşrəf Niftiyev, Tofiq Şahmarov, Rafiq Bağırov, Mirsalam Əliyev, Zöhrab Talıbov və başqalrı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıqlarını bildiririb, təklif və müraciətlərini səsləndiriblər.
     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:37 32 illik şərəfli yol
    2. 14:16 Masallı RİH Başçısı 21.11.2024-cü il tarixdə Xıl ərazisinin sakinləri ilə görüşdü
    3. 09:06 Ağdamın Zəfər Günü 
    4. 18:39 Yeyənkənd kəndində küçələrin təmiri üçün hər kəs səfərbər olub
    5. 18:37 Böyük Kolatan kəndində transformator yeniləndi
    6. 18:36 Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş
    7. 18:20 Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
    8. 10:04 Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
    9. 09:40 Masallının tanınmış ziyalısı
    10. 22:00 Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb
    11. 18:40 Masallıda payızlıq kələm yığımı davam edir
    12. 18:37 Masallı RİH Başçısı 19.11.2024-cü il tarixdə Miyanku ərazisinin sakinləri ilə görüşdü
    13. 12:33 Yeni Azərbaycan Partiyası -32
    14. 12:31 Yeni Azərbaycan Partiyası -32
    15. 11:54 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
    16. 08:44 Azərbaycanı inkişafa aparan yol
    17. 08:42 COP 29: Dünya Azərbaycanda Masallıda tədbir                                 
    18. 23:30 20 noyabr - Ağdam şəhəri günüdür
    19. 23:30 Bədəlan ərazisinin Çayqıraq kəndində daxili yollar təmir olunur
    20. 23:00 Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı
    21. 23:00 Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
    22. 14:07 “Biz Heydər Əliyev irsini öyrənirik” 
    23. 23:30 Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
    24. 23:00 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:18 Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
    26. 20:30 Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır
    27. 18:40 Ağakişibəyli kəndində şəhid küçəsi abadlaşdırılır
    28. 18:35 Rayon rəhbərinin 15 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    29. 11:12 200 ölkənin yekdil qərarı-Azərbaycan COP29-a ev sahibliyi edir
    30. 23:30 Azərbaycanın başladığı meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib
    31. 23:00 Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu
    32. 18:38 Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
    33. 18:35 Şəhid Sahib Şirəliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    34. 18:31 Masallı RİH Başçısı 14.11.2024-cü il tarixdə Qodman ərazisinin sakinləri ilə görüşdü
    35. 18:27 Masallı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yeni təyinatlar
    36. 16:17 Bişkekdə  Türk Dövlətləri Təşkilatılarının görüşü kecrilmişdir 
    37. 15:48 Masallı rayon İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olundu
    38. 15:43 Masallıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əkilən ağacların sayı barədə
    39. 15:19 Siyasi –diplomatik və iqtisadi uğurlar
    40. 13:50 Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ