Masallıda “Breyn rinq” intellektual yarışı üzrə açıq rayon birinciliyi keçirilib

Fevralın 27-də ASAN İntellektual İnkişaf Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayonunun “Gənclər Paytaxtı ” seçilməsi ilə əlaqədar gənclər arasında “Breyn rinq ” intellektual yarışı üzrə açıq rayon çempionatı keçirilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək tədbir iştrakşılarını və qonaqları salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin rayonumuzda icra olunması istiqamətində qarşıda duran vəzifələrdən və görüləcək işlərdən danışaraq, 2020-ci ildə Masallı rayonunun “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq bu səpkidə tədbirlərin bundan sonra da keçiriləcəyini vurğulamışdır. O, keçirilən tədbirlərin gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arsanda dostluq əlaqələrinin möhkəmləndirilməsi və gənclərlə işin daha da canlandırılması məqsədi daşıdığını diqqətə çatdırmışdır.
Yarışda Masallı ilə yanaşı Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Biləsuvar şəhər və rayonlarından olan gənclər də öz intellektual biliklərini nümayiş etdirmişlər.
Gərgin və maraqlı mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yerə Masallı rayon gənclərindən ibarət “Carpe Diem”, II və III yerlərə isə Lənkəran şəhərinin gənclərdən ibarət “Atom” və “Nilado” komandaları layiq görülmüşlər.
Qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsin tərəfindən kubok və diplomlarla mükafatlandırılmışdır.
“Yeni həyat”,
www.yeniheyet.az