Masallıda vətəndaşların növbəti onlayn qəbulu
- 11-06-2020, 17:57
- Siyasət
- 0
- 807
Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
İyunun 11-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri və inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib.
Vidobağlantı zamanı Xırmandalı kənd sakini, ali təhsilli Tamerlan Ağaverdi oğlu Rzayevin, Səmidxan kənd sakini Vidadi Xanoğlan oğlu Əliyevin, Mahmudavar kənd sakini Səyahət İlyas oğlu Gözəlovun işlə təmin olunması, Öncəqala kənd sakini, II qrup əlil Humayə Abusəməd qızı Quliyevanın I qrup əlillik dərəcəsi alması, Masallı şəhər sakini İradə Cəlil qızı Mahmudovanın serebrial iflic xətəsi olan oğlunun pensiyasının kəsilməsi, Təzə Alvadı kənd sakini Namik Eyvaz oğlu Məmişovun həyətinə gedən yolun zəbt olunması və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, virtual qəbulda qaldırılan məsələlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
“Yeni həyat”,
www.yeniheyet.az