• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib

    Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib



    30 iyul 2022-ci il tarixdə Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
    Rayon İcra hakimiyyətinin geniş akt zalında təşkil olunan yığıncağa rayon rəsmiləri, hüquq-mühafizə orqanları, idarə və müəssisə, dini icma rəhbərləri, ağsaqqal və ziyalılar, ərazi nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri toplaşıb.
    İlk öncə tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin inkişafına böyük töhfə verib. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Masallıda da məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb: ”Sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır...”

    Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov, Banbaşı kənd məscidinin imamı Əzim Əzimov və başqaları İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə, məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyi tövsiyə edib, zəncir vurub baş yarmağın, bədənə əziyyət verməyin dində bəyənilmədiyini, bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist hərəkət olduğunu bildiriblər.
    Çıxışlarda məhərrəmlik təziyəsinin islami dəyərlərə uyğun keçirilməsi ilə bağlı müsbət fikirlər səsləndirilib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
















    "Yeni həyat" qəzeti,
     www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    2. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    3. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    4. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    5. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    6. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    7. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    9. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    10. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    11. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    16. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    17. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    18. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    19. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    20. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    21. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    22. 11:15 DİQQƏT! DİQQƏT!
    23. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    24. 13:51 Masallı rayonunun 95-ci ili
    25. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    26. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    28. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    30. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    31. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    32. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    33. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    34. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    35. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    36. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    37. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    38. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    39. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    40. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ