Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki

    Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki


    Əziz Masallı sakinləri!

    Sizi Masallı rayonunun inzibati rayon statusu almasının 95 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!
    XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
           Masallı özünün 95 illik tarixi ərzində böyük bir inkişaf yolu keçmiş, kənd təsərrüfatı rayonuna və mədəni mərkəzə çevrilmişdir. Bütün bunların mənbəyində isə Masallını qurub yaradanların-rəhbər şəxslərin, elm, peşə və sənət adamlarının əməyi olmuşdur. Bu gün Masallının sosial-mədəni həyatında mühüm irəliləyiş və dəyişikliklər baş verir, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah sayəsində rayon yeni bir inkişaf mərhələsini yaşayır.  
     Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev müxtəlif dövrlərdə Masallıya səfərlər etmiş və rayon vətəndaşlarının vətənə olan sevgisini, bağlılığını görərək demişdir: “Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi azərbaycan vətəndaşları yaşayır”.
     Masallıya daim diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayona səfərləri zamanı Masallının sosial-iqtisadi inkişafı barədə bildirmişdir ki: “Mən çox şadam ki, Masallı çox sürətlə inkişaf edir, gözəlləşir, abadlaşır”.
             
    Masallılar Böyük Vətən müharibəsində,  Çernobıl qəzasının ləğvində, I və II Qarabağ döyüşlərində də fəal iştirak ediblər. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinə Masallıdan 2 minə yaxın insanın döyüşlərə qatıldığı təxmin edilir. Həmçinin, 300-dən çox şəxs həlak olmuş və ya itkin düşmüşdür.Çernobıl qəzası nəticəsində 96 nəfər rayon sakini əlil olmuş, I Qarabağ döyüşündə 620 müharibə iştirakçısı olub, onlardan da 183 nəfəri şəhid, 35 nəfəri itkin düşüb, 188 nəfəri isə müharibə əlili olmuşdur. 3 nəfəri - Məmmədov Səfəralı Qurban oğlu, Hüseynov Elşad Eynulla oğlu, Əhədov Elşad Saday oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, 2 nəfərinə- Dəmirov Firudin Əlibala oğlu və Ağayev Elşad Aşur oğluna isə “Azərbaycan Bayrağı” ordeni verilmişdir.

    Aprel döyüşlərində şəhid olmuş  Bağırzadə Firdovsi Əliş oğlu və Əsgərli Nurlan Bayram oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, Tovuz döyüşlərində şəhid olmuş Novruzov Anar Gülverdi oğlu isə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.

    Vətən Müharibəsində 1400 nəfər rayon sakini iştirak etmiş, onlardan 70 nəfəri müharibə əlili, 51 nəfəri şəhid olmuşdur.3 nəfəri-Əsgərli İntiqam Bayram oğlu, Nadirov Rəşad Soltanağa oğlu, Cəfərov Ramiz Sübhan oğlu “Vətən Müharibəsi Qəhrəmanı” adını almış, həmçinin 5 nəfər “Azərbaycan Bayrağı”, 3 nəfər 3-cü dərəcəli “Rəşadət”, 10 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
    227 mindən çox əhalisi,  721 kvadrat  km ərazisi, 37 inzibati ərazisində 1 şəhər, 2 qəsəbə və 100 kənd olmaqla 103 yaşayış məntəqəsi olan Masallı sakinlərinə bu əlamətdar gündə rifah, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Qoy doğma Masallımız daha da inkişaf etsin, çiçəklənsin və gələcək nəsillərə daha da güclü şəkildə ötürülsün!  



    Hörmətlə,
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ