Главная > Siyasət / Manşet > Rayon ərazisində küçə işıqlandırması
Rayon ərazisində küçə işıqlandırmasıBu gün, 17:01. Разместил: admin44 |
![]() Masallı rayonunda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində rayon ərazisində təmir-bərpa, abadlıq və küçə işıqlandırılması layihələri icra olunmuşdur. Masallı Rayon İcra Hakimiyyəti, bələdiyyə və xeyriyyəçilərin birgə təşəbbüsü ilə 2023-2025-ci illəri əhatə edən dövrdə rayonun qəsəbə və kəndlərində ümumilikdə 133.198 km məsafədə küçə işıqlandırma sistemi quraşdırılmışdır. Rayonun qəsəbə və kəndlərində işıqlandırma sistemlərinin quraşdırılması nəticəsində həm yolların təhlükəsizliyi artır, həmdə əhalinin gündəlik həyatı üçün rahat şərait yaradılır. Masallı Rayon İcra Hakimiyyətinin bu kimi layihələri əhalinin rifahı naminə apardığı siyasətin bir göstəricisidir və gələcəkdə bu işlərin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur. Вернуться назад |