Xanalıyan kəndinin mərkəzi yolu cari təmir edilmişdir
- Bu gün, 14:13
- Siyasət
- 0
- 56
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.
Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 47 saylı Yol İstismarı MMC tərəfindən Sığdaş ərazisinin Xanalıyan kəndinin mərkəzi yolunun asfalt örtüyü cari təmir edilmişdir.
06 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov, ərazi nümayəndəsi, bələdiyyə sədri və media nümayəndələri birlikdə Xanalıyan kəndində əsaslı təmir olunmuş yola baxış keçirmişlər.
47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov rayon rəhbərinə yolda aparılan işlərlə bağlı geniş məlumat vermişdir.
Qeyd edirik ki, Masallı rayonunda kənddaxili küçələrin təmir edilməsi mütəmadi olaraq həyata keçirilir.

































