Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
25 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qodman kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Rahim Zərbiyevin ailəsini ziyarət etmişdir.
Ziyarət zamanı rayon rəhbəri şəhid ailəsinin qayğıları ilə maraqlanmış, ailənin yaşadığı həyətdə inşa olunan yeni fərdi yaşayış evində gedən işlərlə yerində tanış olmuş və tapşırıqlarını vermişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

































