Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi

27 fevral 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru İlqar Ramizoğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicə olunan Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atası Aqil Nağıyevi ziyarət edərək səhəti ilə maraqlanmışlar.
Şəhid atası ona göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.






























