• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası

    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası

    • 10-02-2018, 15:11
    • Turizm
    • 0
    • 2 295
     
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası

     
    Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada əsl Azərbaycan yeməkləri çoxmillətli ölkəmizin mətbəxi ilə harmoniya yaradır. Bu dəfə biz qədim Şamaxı, habelə ləzgilərin və talışların yaşadıqları Qusar və Masallı regionlarının kulinariya xüsusiyyətləri ilə tanış olacağıq.

    Şamaxı – 290 növ təam
     
    Şamaxı kulinariyası plovun 46, dolmanın 14, kababın 16, qutabın 12 növü ilə çox zəngin və məşhurdur. Şamaxı mətbəxinin zənginliyini nümayiş etdirmək üçün tarixdən bir faktı xatırlamaq kifayətdir. 1662-ci ildə məşhur ingilis səyyahı və taciri Antoni Cenkinson Şirvan hökmdarı Abdulla Xan Ustaclıya qonaq olarkən milli mətbəxin çeşidinə heyran qalmışdı. Xan onu nahara dəvət etmiş, süfrəyə 290 adda milli isti və soyuq yemək, salat, qəlyanaltı və çərəz düzülmüşdü.
    Bu gün Şamaxıda ən geniş yayılan milli xörəklər şüyüdplov, parçabozbaş, yarpaq dolması, səbzi və müxtəlif növ kabablardır. Desert üçün sizə keşniş toxumları qatılmış limon şərbəti və boşqabda sucuq veriləcək. Sucuq buğda nişastasına şəkər, qoz və meşə fındığı əlavə edilməklə hazırlanır.

    Qusar – piçekar, xran fu və skan
     
    Azərbaycanın Qusar rayonunda yaşayan ləzgilər qədim tarixi və zəngin mətbəxi ilə məşhurdur. Qusar rayonunun hər kafesində, eləcə də ləzgilərin yaşadığı digər regionlarda siz piçekar, aluqu və ya şakuku sifariş verə bilərsiniz.
    Qoyun və ya mal ətindən hazırlanmış sulu yemək sizə xüsusi ləzgi sobasında (xərək və ya xar) bişirilmiş çörək – xran fu ilə veriləcək. Azərbaycan təndirini xatırladan bu soba ondan fərqli olaraq dördkünc formadadır. Özü də bu sobada təkcə çörək deyil, ləzgi mətbəxinin digər xəmir xörəkləri də bişirilir.
    Xərəkdə bişirilmiş çörək otaq temperaturunda 7 gün, soyuducuda isə 15-20 gün və daha çox qalır. Hazır xəmiri kiçik kündələrə bölüb yayır, xəmirə istinin daxil olması, tez bişməsi və xüsusi forma alması üçün onu quş lələkləri ilə deşirlər. Çörək sobada beş dəqiqə bişirilir. Bəzən çörəyi xərəkdən tam bişməmiş çıxarır, üstünə pendir və yumurta (“ləzgi pastası”) çəkir və bir neçə dəqiqə yenidən bişməyə qoyurlar.
    Bu yerlərdə, həmçinin ləzgi qutabı – afar bişirilir. Xəmirdən nazik yuxa (lavaş) yayılır, içinə həyətyanı sahədən və dağlardan yığılmış xırda göyərti, bərk pendir, şor qarışığı qoyulur, üstünə daha bir yuxa çəkirlər. Xərəkdə bişirilən afar bənzərsiz dadı ilə seçilir.
    Ləzgi mətbəxinin ən məşhur yeməyi olan skanı da xərəkdə bişirirlər. Yağda yoğurulmuş xəmirdən kündə kəsilir, açılır və dərin tavaya salınır. İçinə yağda qızardılmış qiymə və xırda doğranmış kartof qoyulur. Üstünə bir qat lavaş əlavə olunur və xərəkdə bir saat bişirilir. İnqrediyentlər müxtəlif, o cümlədən pendir və toyuq əti ola bilər. İstənilən halda skan çox ləzzətli olur!

    Masallı – aş, lökü və ləvəngi

       
    Azərbaycanın cənubunda yerləşən Masallı rayonu əhalisinin əksəriyyəti qonşu Lənkəran və Astarada olduğu kimi talışlardır. Talış mətbəxi çox zəngin, çeşidli olmaqla bərabər, həm də qədim tarixə malikdir. Masallıdakı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl daş və kərpicdən düzəldilmiş mətbəx əşyaları, o cümlədən piyalə, su qabları, səhəng aşkarlanıb.
    Masallı regionunda düyüdən azı 20 növ yemək, o cümlədən paxla plov, lobya plov, turşulu aş, ayran aşı (habelə dovğa) hazırlanır. Talış mətbəxi 23 cür ət xörəyi, 9 növ balıq yeməyi, 8 cür sıyıq, 5 cür qayğanaq, meyvələrdən 28 növ yemək, sırdaq növləri (məsələn, badımcan sırdağı) və digər yeməklərlə tanınır. Burada lərgə və mərci xörəkləri də geniş yayılıb. Lakin talış mətbəxinin ən məşhur yeməyi ləvəngidir: içi qoz-fındıq, soğan, sumaxla doldurulmuş toyuq və ya balıq yalnız Masallıda təndirdə bişirilir. Ləvəngi bütün Azərbaycanda hazırlansa da, pitini Şəkidə, skanı Qusarda, ləvəngini isə Masallıda və Lənkəranda dadmaq lazımdır.
    Masallıda şirniyyatın da öz yeri var. Məsələn, desert üçün burada tez-tez lökü hazırlanır. Yemək rasionu ilin fəslindən asılı olaraq dəyişir. Məsələn, may ayında bu yerlərdə paxlalı və təzə doğranmış yağlı şüyüdplov yeyilir. Yazda, həmçinin müxtəlif salatlar olur. Bundan başqa, burada gözlənilməz təzadları sevirlər. Məsələn, hisə verilmiş balıq süfrəyə plov və ya şirin qarpızla qoyula bilər.
    Paytaxt bazarlarında, habelə Rusiya ilə qonşu şəhərlərdə Masallı göyərtisi məşhurdur. Rayonda gəzərkən bir çox həyət darvazalarının qarşısında göyərti satıldığını görmək olar. Masallı mətbəxinin mühüm atributlarından biri qırmızı şalğam və qırmızı baş soğandır. Bu soğan acı olsa da, dadlıdır. Yayda onu yığır, qurudub qışa saxlayırlar.
    Maraqlıdır ki, bu və ya digər milli yemək növünü rayonda istənilən restoran və kafedə sifariş etmək olar. Ona görə də bu yerlərə gəlsəniz, fürsəti qaçırmayın və özünüzə yemək sarıdan korluq verməyin.AZƏRTAC.
     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:20 Müəllimlər Günü münasibətilə tədbir - Masallıda
    2. 15:56 Masallı rayon Mədəniyyət Mərkəzində “Layiqli əmək fəaliyyətlərini inkişaf etdirək” mövzusunda tədbir keçirilib
    3. 15:51 M.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    4. 15:47 Azərbayacan Prezidentinə yazırlar
    5. 20:36 Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir
    6. 18:40 Azərbaycan Prezidentinə yazırlar
    7. 18:37 Azərbaycan Prezidentinə yazırlar
    8. 22:16 Qənirə Ələsgər qızı Paşayeva
    9. 18:16 “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda seminar
    10. 18:13 Masallıda vətəndaşların 29 sentyabr 2023-cü il tarixli növbəti qəbulu
    11. 18:12 Masallıda Prokurorluq işçilərinin Peşə bayramı qeyd olundu
    12. 14:00 Azərbaycan-Türkiyə dostluğu dünya üçün bir nümunədir
    13. 19:06 Masallıda Ulu Öndərin 100 illiyinə həsr olunan kitab sərgisi təşkil olunub
    14. 19:03 Masallının təhsil müəssisələrində anım tədbirləri keçirilib
    15. 16:06 Qardaş ölkənin rəhbəri Naxçıvanda
    16. 08:42 İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu
    17. 08:37 Şanlı Qələbəmiz ilə bitmiş 44 günlük Vətən müharibəsi
    18. 21:30 Masallıda 27 sentyabr-Anım Günü qeyd olundu
    19. 17:02 İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir
    20. 16:18 Allah rəhmət eləsin!
    21. 13:01 Hər anı Azərbaycan tarixinə şanlı səhifə kimi yazılan 44 gün
    22. 11:00 Anım Günü şəhid ruhlarına ali ehtiramın bariz göstəricisidir
    23. 23:30 Azərbaycan Prezidentinə yazırlar
    24. 18:06 Masallıda Anım Günü ilə bağlı tədbir keçirilib
    25. 09:30 Vətən Müharibəsi şanlı Qələbəmizdir
    26. 23:30 RİH Başçısı 25.09.2023-cü il tarixdə Həsənli ərazisinin sakinləri ilə görüşdü
    27. 17:36 Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı
    28. 17:29 Haqq həmişə qalib gəlir
    29. 17:23 Rusiyada baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb
    30. 17:17 Masallıda beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
    31. 10:38 Azərbaycanın keçirdiyi antiterror tədbirləri məntiqi sonluqla nəticələndi
    32. 10:35 Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir
    33. 10:00 Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır
    34. 23:30 AAYDA Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirib
    35. 21:00 Rayon rəhbərinin 22 sentyabr 2023-cü il tarixdə növbəti vətəndaş qəbulu
    36. 10:55 Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər
    37. 11:31 Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalıdır
    38. 10:53 Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub
    39. 10:03 Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir
    40. 23:00 İlham Əliyev xalqa müraciət edib
    «    Oktyabr 2023    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ