• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Limonun, naringinin ətri...

    Limonun, naringinin ətri...

    • 21-01-2019, 18:26
    • Aqrar
    • 0
    • 1 646
    Limonun, naringinin ətri...

    Masallı rayonunun Bədəlan kəndində sitrus bitkilərinin əkilib-becərilməsinə həmişə maraq olub. Həyətyanı sahələrdə limon, naringi yetişdirildiyindən bu meyvələrin bolluğu yaranıb. Həmin vaxtlar polietilen örtüklər olmadığından ağaclar həsirlə, çox vaxt isə dala, pizə ilə bükülərdi. Bu sahəyə daha çox marağı olanlar isə hətta xüsusi qablarda bitkiləri qışın sərt şaxtasından otaqlarda qoruyardılar.
    Polietilen örtüklər emal ediləndən sonra kəndlərdə istixanalar quruldu. Bu da sitrusçuluğun inkişafına təkan verdi. Ötən əsrin 70-80-ci illərində sovxoz təsərrüfatlarında bu sahəyə xüsusi diqqət yetirilirdi. Xeyli sahədə limon, mandarin, feyxoa əkildi. Qonşu Babaser kəndində Salman kişi vardı. Əsl zəhmətkeş olan bu insan həyətindəki böyük istixanada limon, naringi yetişdirib meyvəsini evinə gələnlərə paylayırdı. Bu gün isə sitrus bitkilərinə maraq azalıb. Təsərrüfatlardakı mövcud sahələr məhv edildi.
    Ölkə Prezidenti cənab İlham Əliyevin cənub bölgəsində çayçılığın, sitrusçuluğun, çəltikçiliyin inkişafı ilə bağlı Lənkəranda keçirdiyi müşavirəsindən sonra bu sahə yenə gündəmdədir. Bəzi ərazilərdə sitrus bağları salınıb. Bazarlarda sitrus bitkiləri – limon, naringi, feyxoa, kinkan, kivi tingləri həvəskarlar tərəfindən yaxşı alınır. Bəzi ərazi nümayəndəliklərinin, məktəb və xəstəxanaların, idarə və təşkilatların həyətlərində sitrus bağları salınır.
    Gənclik illərimdən sitrus bitkilərinə marağım olub. Yazın əvvəllərində limon ağaclarının ətirli çiçəkləri, payızda budaqlarda saralan meyvələrə baxmaqdan zövq alıram.
    Ömrümün 81-ci pilləsindəyəm. Bu gün də həyətimdəki istixanalarda limon, mandarin yetişdirirəm. Sitrus bitkiləri körpə uşaq kimi zərif və incədir. Bu ağacları yayın istisindən, qışın sazağından, xəstəliklərdən qorumağı bacarmalısan. Bu zaman ağacların ən incə ehtiyacları ödənməlidir.
    Sitrus bitkilərinə bir sıra xəstəliklər ziyan vurur. Yazın əvvəlində üstü açılanda pas xəstəliyinə qarşı dərmanlanmalıdır. Bu zaman istixanaların üstü tam açılmamalıdır. Bitkilərin havalandırılması üçün ətrafı açıq qoyulmalıdır ki, mühitə tədricən alışsın. Qışda isə istixanalar örtüləndən sonra ayda ən azı 2 dəfə suvarılmalıdır.
    Yazda isə suvarmaların sayını artırmaq vacibdir. Sitrus bitkiləri suya tələbkar olsa da norma gözlənilməlidir. Çünki suda çox qalan köklər çürüyə bilər. Bitkilərin üstü tam açıldıqdan sonra dibinə üzvü gübrə – çürümüş peyin verilib suvarılmalıdır.
    Sitrus bitkiləri – limon, naringi min bir dərdin dərmanıdır. Saralan meyvələri seyr etmək adamda xoş ovqat yaradır. Gəlin bu gözəl neməti qoruyaq və artıraq.

    Həmdulla Məmmədov,
    Bədəlan kənd sakini.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    2. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    3. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    4. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    5. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    6. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    7. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    8. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    9. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    10. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    11. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    12. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    13. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    14. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    15. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    16. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    17. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    18. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    19. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    20. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    21. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    23. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    24. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    25. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    26. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    27. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    28. 07:45 Bir ağacda beş cür meyvə...
    29. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    30. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    31. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    32. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    33. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    34. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    35. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    36. 23:30 Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 
    37. 23:30 Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir 
    38. 23:30 Budapeştdə Türk həmrəyliyinin yeni mərhələsi, siyasi iradə və iqtisadi uzaqgörənlik
    39. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    40. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ