Tarixdə bu gün - 2 dekabr
- 2-12-2017, 10:48
- Dünya Xəbərləri
- 0
- 1 601
Tarixdə bu gün - 2 dekabr
2 dekabr Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür. Bu tarix BMT-nin Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlıdır. BMT-nin hesablamalarına görə hazırda dünyada 21 milyon qadın, kişi və uşaq köləlik şəraitində yaşayır. Bu isə köləliyin hələ də tamamilə aradan qaldırılmadığını göstərir.
1929-cu il. Azərbaycan şairi, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği vəfat edib (1848-1929). Həsənəli xan Qaradaği İ.Krılovun 60-dan çox təmsilinin, K.Uşinski, A.İzmaylov, A.Pçelnikova və digər yazıçıların şeir, hekayə və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olub. Şairin bizə gəlib çatmış əsərləri arasında 50-dən çox qəzəl, müxəmməs və növhələr, onlarla məktub var.