MÖCÜZƏ ALƏMİNİN BAL ƏTRİ…
- 15-07-2021, 23:13
- İqtisadiyyat / Aqrar
- 0
- 513
MÖCÜZƏ ALƏMİNİN BAL ƏTRİ…
Arıçılıq Masallı rayonunun iqtisadiyyatında seçilir. Hər il ərazilərdə 10 tonlarla bal istehsal edilib satılır.
Əvvəllər dağətəyi ərazilərdə bu sahə inkişaf etmişdisə hazırda dənizkənarı kəndlərdə də arıçıların sayı artmaqdadır. Buralarda biyan, dəvətikanı, qaratikan, yolğun çiçəklərindən şirə çəkən arılar məhsuldarlığı ilə fərqlənir. İndi ətraf rayonların arıçıları da mövsüm ərzində Masallının bu əlverişli torpaqlarının florasını qiymətləndirir, arı ailələrini həmin yerdə bəsləyirlər.
Respublika Arıçılar Assosiasiyasının Masallı rayonu üzrə əlaqələndiricisi Səmədağa Həmidovdan aldığımız məlumatda bildirilir ki, qaşıdakı mövsümdə Masallı arıçıları alıcılara bol və keyfiyyətli bal verəcəklər.
www.yeniheyet.az