• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Arzu Bağırova: Xidmət meyarımız peşəkarlıq və sədaqətdir

    Arzu Bağırova: Xidmət meyarımız peşəkarlıq və sədaqətdir


    Ölkə ictimaiyyətinə yaxşı məlumdur ki, bu gün cəmiyyətdə qeyri – hökumət təşkilatları arasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) rolu və fəaliyyəti xüsusi diqqət çəkir. Birliyin sədri Arzu Bağırovanı gah şəhid ailələri, qazilərin, gah xəstəxana və hospitallarda yaralı və yaşam savaşı verən soydaşlarımızın, gah ali məktəbə daxil olan tələbələrin, gah orta məktəblərə ilk ayaq açanların, gah istedad və bacarıqlarını  nümayiş etdirən gənclərin yanında görməyə adət etmişik. Bu siyahını uzatmağa ehtiyac duymuruq. Onun şəhidlərin anım günlərində ailə üzvlərinin yanında olub onlara təskinlik verməsi, mənəvi dəstəyi təqdirəlayiqdir.

        “Bu gün – martın 5-də  “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi  4 yaşını qeyd edir. Həyata keçirilən layihələri ənənəvi olaraq hər il hesabat şəklində ictimaiyyətə təqdim edirik. İllər keçdikcə üzərimizə götürdüyümüz missiya ilə vətəndaşlarımıza, özəlliklə əhalinin həssas qruplarına faydalı olmaq, dövlətçiliyimizə, bir sözlə, ölkəmizin inkişafına töhfələr verməyə çalışırıq. Xidmət meyarımız peşəkarlıq və sədaqətdir. RHİM İB bu meyara uyğun olaraq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib”. Bu fikirləri söhbət əsnasında təşkilatın rəhbəri Arzu Bağırova bildirdi. O, birliyin dördillik fəaliyyətindən söz açaraq fikirlərinə əlavə etdi:

       – Qarabağ (ümumən Azərbaycan) həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması, həmçinin Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhid ailələrinə, qazilərə, fiziki imkanları məhdud insanlara qayğı və belə qayğının təşviqi fəaliyyətimizdə aparıcı yer tutur. RHİM İB, öz adına da uyğun olaraq, müxtəlif mətbuat orqanlarında ardıcıl olaraq maarifləndirici çıxışlar, çoxsaylı kitabların nəşri və yaddaqalan tədbirlərin təşkili, ali dövlət rəhbərliyinin inkişaf strategiyasına dəstək məzmunlu aktual layihələrin həyata keçirilməsi və ya

    bu kimi layihələrə dəstək verilməsi istiqamətində fəal iş aparıb.

        Vətən müharibəsindəki möhtəşəm Qələbənin sevincini yaşayan, cənab Prezidentin və birinci xanımın əhalinin həssas qruplarına olan münasibətindən söz açan Arzu Bağırova dedi:

        – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi ölkəmizin şanlı qələbəsi ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində bizim torpaqlarda möhkəmləndirdiyi silahlı qüvvələrini darmadağın edib, böyük Zəfərə imza atdı. “Dəmir yumruq” kimi birləşib və düşmənin başını əzərək, işğaldan azad etdiyimiz torpaqlarımıza insaniyyət, mədəniyyət, quruculuq, abaclıq qayıdır. İndi qalib xalq kimi beynəlxalq aləmə üzüağ çıxırıq.

       Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə münasibətini xüsusi vurğulamaq istərdim. Mehriban xanım şəhid ailələrinə, qazilərimizə xüsusi sevgi ilə yanaşır, onların problemlərinin operativ şəkildə həll olunmasını təmin edir, şəhidlərimizin xatirələrinin yaşadılması üçün çoxşaxəli fəaliyyət göstərir. Birinci xanımın fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, dünyada sülhün, mədəniyyətlərarası dialoqun dəstəklənməsinə mühüm töhfə verir.

        Arzu Bağırova  vətəndaş cəmiyyətinin fəal üzvü olaraq, cənab Prezdentimizin və Mehriban xanımın bütün çağırışlarına qoşulub, Vətənə ləyaqətlə xidmət etməyi bundan sonra da davam etdirəcəyini bildirdi:

        – Ötən ili 2021-ci ili pandemiya ortamında yaşasaq da, bir çox tədbirlər planı hazırlayıb, onları pandemiya şərtlərinə uyğun olaraq reallaşdırmışıq. Tədbirlərimizin əksəriyyəti onlayn şəkildə olsa da, şəhid ailələrimiz, qazilərimiz və ziyalılarımızla canlı görüşlər keçirmişik. Tədbirlərdə bizə yaxından kömək göstərən və dəstək olan Azərbaycan  Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya və onun rəhbərlik etdiyi, sıx əməkdaşlıq etdiyimiz “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İctimai Birliyinə öz dərin minnətdarlığımızı bildiririk. Hər zaman yanımızda olan dostlara, KİV nümayəndələrinə gördüyümüz işləri dəyərləndirdikləri üçün sonsuz təşəkkür edirik.

       Biz birlikdə güclüyük!

       Biz də Arzu xanım başda olmaqla, təşkilatın yaranması, 8 Mart Beynəlxalq Qadınlar günü və qarşıdan qələn Novruz bayramı münasibətilə RHİM İB-nin kollektivini təbrik edir, onlara yorulmaz, işıqlı fəaliyyətlərində uğurlar arzu edirik.

     Zərifə BƏŞİRQIZI,
    “Xalq qəzeti”

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ