“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda maarifləndirici tədbir
- 5-08-2022, 17:53
- Maraqlı
- 0
- 324
Avqustun 5-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinə üzv olan gənclər iştirak ediblər.
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səməd Zeynallı tədbirdə çıxış edərək XXI əsrin bəlasına çevrilən narkomaniyanın ölkəmizdə də geniş vüsət aldığını, gənclərin böyük bir qisminin narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkdiyini qeyd edib. S. Zeynallı bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilib.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az