Главная > Maraqlı > Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 202530-06-2025, 17:27. Разместил: admin44 |
![]() Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır. Belə ki, 47 saylı Yol İstismarı MMC tərəfindən Qəriblər ərazisinin Şıxlar kəndində uzunluğu 1 km olan yolun asfalt örtüyü əsaslı təmir olunmuş, Bədəlan, Köhnə Alvadı, Kolatan və Sığdaş kənd yolunda cari təmir işləri aparılmış, Sığdaş kəndinin giriş hissəsindən Mürsəli ocağına gedən 1 km yol cari təmir olunmuş, Tatyanoba-Yolağac-Köhnə Zuvand yolu qreyderlə hamarlanmış, Tüklə ərazisində körpülərin ətrafı və dəmir məhəccərlər təmizlənərək rənglənmişdir. Mahmudavar ərazisində kənddaxili yola 1050 metr asfalt örtüyü döşənmişdir. Bədəlan, Böyük Kolatan, Sığdaş, Yeni Zuvand, Ləngan, Abasbəyli kəndlərində xeyriyyəçilər tərəfindən ümumilikdə 3500 metr kənddaxili yollara çınqıl tökülərək hamarlanmışdır.
Вернуться назад |